www.azerisayt.narod.ru
(nazad) BEYNƏLXALQ HÜQUQÝ YANAÞMA/QARABAÐ/AZƏRBAYCAN
 
ERMƏNISTANIN AZƏRBAYCANA QARSHI TƏCAVUZKARLIÐI

TARIXI YANASHMA

BEYNƏLXALQ HUQUQI YANASHMA


Ermənistanin Azərbaycana qarshi əsassiz ərazi iddialari və bu iddia nəticəsində uzləshdiyimiz Qarabag problemi nəinki otən əsrin 80-ci illərinin sonlarindan bashlanan mərhələsində, hətta formalashmaga bashladigi ilk vaxtlarda (XVII-XVIII əsr mənbələrinə əsasən bu faktin ən azi 2-3 əsr əvvəllərə təsaduf etdiyini soyləmək olar) belə həch bir normaya, olchuyə sigmamasi ilə diqəti cəlb edir. Ermənilərin hələ bir nechə yuz il əvvəl chətin vaxtlarinda onlara dayaq olmush, yardim əlini uzatmishbir xalqa, azərbaycanlilara qarshi tutduqlari movqe, edilən yaxshiliqlarin qarshiliginda yalniz erməni xislətinə uygun cavablar verməsi nə bir millətin tarixi kechmishinə, nə mədəniyyətinə, nə də yuz illərlə formalashmish adət-ənənələrə uygundur. Eyni zamanda bu addimlari qanun-qayda, huquq chərchivələrinə də sigdirmaq olmur.Belə ki, Ermənistan 1985-88-ci illərdən yenidən bashlanan əsassiz ərazi iddialari-seperatchiliq hərəkətləri bir chox qanun normalarina, BMT, ATƏT nizamnamələrinə, Helsinki bəyannaməsinə və beynəlxalq huququn butun digər olchulərdən daha yuksəkdə dayanan prinsiplərinə nəinki uygundur, əksinə daban-dabana ziddir. Halbu ki, “həmin prinsiplər hech bir dovlət tərəfindən və hech bir xususi akt əsasinda ləvg edilə bilməz”.
Beynəlxalq huququn ən əsas və bu munaqishəyə tətbiq edilə biləcək prinsipi dovlətlərin dinc yanashi yashamaq prinsipidir. Bu norma istisnasiz olaraq iki qonshu dovlətin hər hansi mubahisəli məsələni dinc vasitələrlə, zora əl atmadan həllini təlb edir. Bu prinsip “dovlətlər arasindaki mubahisələri həll etməkl uchun bir vasitə olmaq etibarilə muharibə yolundan qarshiliqli surətdə imtina etməyi, beynəlxalq mubahisələrin yalniz dinc yolla həll edilməsini, dovlətlər arasinda huquq bərabərliyinə, suverenliyə, ərazi butovluyunə ciddi hormət edilməsini, tam bərabərlik və qarshiliqli fayda əsasinda əməkdashligin inkishaf etdirilməsini nəzərdə tutur”.
Amma Ermənistanin addimlarinin bu prinsipi kobud surətdə pozdugunu qeyd etmək olar: Belə ki, “Ermənistan və Azərbaycan arasinda munasibətlərin pisləshməsi... silahli əməliyyatlarin gucləndirildiyini, xususən erməni quvvələrinin Azərbaycan ərazilərinə son mudaxiləsini təshfishlə qeyd edərək ... bolgədə sulh və təhlukəsizlik uchun qorxu yarandigindan... Bash Katibdən xahish edir ki, ATƏT-in , habelə ATƏT-in Minsk qrupunun sədri ilə məsləhətləshmələr kechirsin... bu məsələ ilə fəal məshgul olsun” cumlələri fikrimizə daha bir təsdiqdir.
Beynəlxalq huququn digər əsas normalarindan biri də təcavuzkarligin qadagan edilməsi, zor ishlətməmək və ya zor ishlətməklə hədələmək prinsipidir. Qeyd etmək lazimdir ki, bu prinsipin basha dushulməsi uchun ilk olraq təcavuzkarliqməfhumu duzgun izzah edilməlidir. 1993-cu il London konfransinda verilən izzaha əsasən “munaqishədə səbəbindən asili olmayaraq, digir dovlətə qarshi birnci olaraq silahli quvvədən istifadə etmish tərəf təcvuzkar hesab edilir”. Ermənistan tərəfinin munaqishədə bir basha ishtirak etməməsi haqda fikirlərinə də London konfransinda izzah verilmishdir: “... təcavuzkarin xeyrinə siyasət yeritmək uchun bashqa dovlətin ərazisinə silahli terrorchular, təxribatchilar gondərməsi də dolayi təcavuzkarliq hesab edilir”. BMT Bash Məclisinin 1974-cu ildi qəbul etdiyi qətnamə də Ermənistanin təcavuzkar olduguna əsas verir: “bir dovlətin bashqa dovlətin suverenliyinə, ərazi toxunulmazligina qarshi silahli quvvə ishlətməsi və ya BMT nizamnaməsi ilə bir araya sigmayan, hər hansi bashqa yolla quvvə tətbiq etməsitəcavuzkarliq hesab olunur”.
Beyənlxalq huququn digər normalari, eləcə də dovlətlərin ərazi butovluyu və toxununlmazligi prinsipi də Ermənistan tərəfindən kobudcasina pozulub. Bu prinsipin məzmunu “beynəlxalq munasibətlərdə ishtirak edən dovlətlərin hər birinin ərazi butovluyunə qarshiliqli olaraq hormət etməsini, buna uygun olaraq, onlarin hər hansi ishtirakchi dovlətin ərazi butovluyunə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarshi hech bir hərəkət etməməsini nəzərdə tutur”. Ərazi butovluyu pozulan vi təcavuzə məruz qalan dovlətin isə “təcavuzkarliq əməlindən fərdi və ya kollektiv ozunumudafiə huququ vardir”.
Ermənistanin tez-tez istifadə etdiyi və bir nov əmələrinə sipər chəkdiyi beynəlxalq huquq normasi isə millətlərin huquq bərabərliyi və oz muqəddaratini təyin etməsi prinsipidir. Həmin prinsip ozundə “butun xalqlarin həmishə oz daxili və xarici statusunu kənardan mudaxilə olmadan tam azadliq shəraitində, istidiyi vaxt və istədiyi kimi muəyyən etmək... huququnu” əks etdirir. Lakin Ermənistan unudur ki, Helsinki Yekun aktinda achiq-aydin deyilir ki, “ishtirakchi dovlətlər... beynəlxalq huquq normasia, o cumlədən dolətlərin ərazi butovluyunə aid olan huquq normasina uygun hərəkət edərək, yalniz bundan sonra xalqlarin oz muqəddaratini təyin etmək huququna hormət bəsləməlidirlər”.Digər tərəfdən erməni xalqi bu prinsipdən bir dəfə yararlanib və ozlərinin Ermənistan dovlətini yaradiblar.
Ermənistanin kobud shəkildə pozdugu beynəlxalq huququn digər bir prinsipi də beynəlxalq mubahisələri dinc yolla həll etmək prinsipdir. Beynəlxalq mubahisələri sulh yolu ilə hech bir təhdidsiz və zor ishlətmədən həll etmək muasir beynəlxalq huququn ən muhum prinsiplərindən biridir. Beynəlxalq mubahisilirin həlli uchun muharibə və digər zor vasitələrə muraciət etmək isə huquqa zidd hərəkətdir, yəni cinayət hesab olunur. BMT nizamnaməsinə əsasən təshkilatin uzvu olan dovlətlər oz aralarinda bash verən boyuk və kichik beynəlxalq mubahisə və munaqishələri beynəlxalq sulh, təhlukəsizlik və ədalət uchun qorxu torətmədən, tərəflərin və uchuncu dovlətlərin tələb və mənafelərini obyektiv surətdə nəzərə almaq əsasinda, yalniz sulh yolu ilə həll edilməlidir. Hazirda butun dovlətlərin icbari vəzifəsinə chevrilmish bu prinsip 1970-ci ildə BMT Bash Məclisinin qəbul etdiyi “Beynəlxalq huququn prinsipləri haqqinda bəyannamə”də təsdiq edilmishdir. Muasir beynəlxalq huquq baximindan mubahisələrin həlli uchun digər ikinci bir yol yoxdur.
Dovlətlər arasinda bash verən mubahisələrin hərbi quvvə tətbiq etmədən, habelə hər hansi bir məcburiyyət, zorakiliq tədbiri ishlətmədən, sulhə, təhlukəsizliyə və ədalətə qorxu torətmədən nizama salmaq usullarina beynəlxalq mubahisələrin həllinin dinc vasitələri deyilir. Təəssufki Ermənistanin 1985-88-ci illərdən bashlayaraq Dagliq Qarabag munaqishəsi ilə bagli tutdugu movqe və atdigi hər bir addim bu dinc vasitələri kobudcasina pozmaga, beynəlxalq huquqla qadagan edilmish zor tətbiq etməyə əsaslanir. Ermənistan tərəfi indiyə kimi munaqishənin dinc vasitələrlə həlli istiqamətində hech bir adim atmamish, bu istiqamətdə hər hansi axtarishda ishtirak etməmishdir. Halbuki BMT nizamnaməsinin 38-ci maddəsinə əsasən hər hansi bir munaqishədə ishtirak edən tərəflər mubahisəni danishiqlar, muayinə, vasitəchilik, barishdirma, arbitraj, məhkəmə əməliyyatlari və s. muraciət etmək yolu ilə və ya ozlərinin sechdikləri bashqa dinc vasitələrlə həll etməlidirlər. Gorunduyu kimi BMT nizamnaməsi hətta dinc vasitələrin sechilməsində belə dovlətlərə məhdudiyyət qoymur, bunun uchun tərəflərə istədikləri dinc vasitəni sechmək huququ verir.
Beynəlxalq huququn digər əsas normalarindan biri də dovlət suverenliyinə hormət etmək prinsipdir. Dovlət suvereniteti dovlət hakimiyyətinin həmin dovlətin daxilində qeyri-məhdud ustunluyunu, dovət bashchiligini,xarici munasibətlər sahəsində isə tam mustəqilliyini nəzərdə tutur. Helsinki Yekun aktinda qeyd edildiyi kimi “beynəlxalq munasibətlərin ishtirakchisi olan dovətlər bir-birinin suveren bərabərliyinə... habelə suverenliyə xas olan huquqlara, o cumlədən hər bir dovlətin yuridik bərabərlik, ərazi butovluyu azadliq və siyasi istiqlaliyyət huquqlarina hormət etməlidirlər”.
Butun dovlətlər beynəlxalq huquq chərchivəsi daxilində huquq və əvzifə cəhətdən bərabaərdirlər. Onlarin bir-birinin bashqa dovlətlərlə munasibətlərini oz mulahizələrinə gorə, beynəlxalq huquq əsasinda muəyyən etmək və həyata kechirmək huququna hormət bəsləməlidirlər. Bu deyilənlər qeyd olunan prinsipin əsas tələblərinə daxildir. Bu tələblərdən achiq-ashkar aydin olur ki, dovlətlərin sərhədləri yalniz beynəlxalq huquqa uygun surətdə, dinc yolla və raziliq əsasinda dəyishdirilə bilər. Gorunduyu kimi Ermənistan beynəlxalq huququn bu tələbini də ardicil olaraq pozur və beynəlxalq sistemin bərabər huquqlu uzvu olan digər bir dovlətin –Azərbaycanin sərhədlərini zorla dəyishdirməyə istiqamətlənmish hərbi-siyasi xətt yurudur.
Azərbaycanla munaqishədə olan Ermənistanin dushunulmush fəaliyyəti nəticəsində beynəlxalq huququn dovlətlərin ərazi toxunulmazigi prinsipi də uzun illərdir pozulmaqdadir. Qeyd etmək yerinə dushər ki, beynəlxalq munasibətlər sahəsində ərazi həmin ərazidə yashayan xalqin, millətin suverenliyinin, istiqlaliyyət və toxunulmazliginin maddi ifadəsidir. Hər hansi bir dovlətin ərazisinin yalniz həmin dovlətin tam və mustəsna suverenliyi altinda olmaqla, hech bir bashqa hakimiyyətə tabe deyildir.
Dovlətlərin ərazi buovluyu prinsipinin məzmunu beynəlxalq munasibətlərdə ishtirak edən dovlətlərdən hər birinin ərazi butovluyunə qarshiliqli olaraq hormət edilməsini, hər hansi dovlətin ərazi butovluyunə, suverenliyinə, siyasi istiqlaliyətinə və ya birliyinə qarshi beynəlxalq huququn normalari ilə bir araya sigmayan hech bir hərəkət etməməsini nəzərdə tutur.
Bu o deməkdir ki, ozunun inkishaf dərəcəsindən, iqtisadi və hərbi gucundən asili olmayaraq hər hansi bir dovlət ərazisitoxunulmazligi huququna malikdir. Butun digər dovlətlər isə buna hormət etməli, hər hansi bir yolla (birbasha və ya dolayi) bashqa dovlətin ərazisi toxunulmazligini huququnu pozmamalidir.
Beynəlxalq huquqa əsasən səbəbindən asili olmayaraq ərazi butovluyu və ərazi toxunulamzligi prinsipini pozaraq və ya istənilən bir xalqin iradəsinə zidd olaraq onun torpaqlarini ilhaq və ya ishgal etmək təcavuzkarliq əməli sayilir.
Beynəlxalq huququn novbəti, dovlətlərin huquq bərabərliyi prinsipi ozunu BMT nizamnaməsində “uzv dovlətlərin suveren bərabərliyi prinsipə əsaslanmasinda” gostərir.Bu prinsipə əsasən dovlətlərin istənilən əməkdashligi sahəsində butun məsələlər, hər hansi bir tərəf haqqinda təhdidə, mustəsnaliga və ayrisechkiliyə yol vermədən qarshiliqli hormət və huquq bərabərliyi əsasinda həll edilməlidir. Amma Ermənistan indiyə qədərki seperatchiliq hərəkəti ilə bu prinsipin tələblərini də pozmaqdadir.
Uzun illər ərzində davam edən munaqishə nəticəsində Ermənistan mutəmadi surətdə Azərbaycanin daxili ishlərinə mudaxilə etmish və bununla da həm beynəlxalq huququn qarishmamaq prinsipni, həm də Azərbaycan dovlətinin və vətəndashlarinin huquqlarini pozmushdur. Qarishmamaq prinsipnə əsasən dovlətlər qarshiliqli surətdə bir-birinin suverenliyinə, huquq bərabərliyinə və ərazi butovluyunə hormət etməli, bir-birinin daxili ishlərinə əsla qarishmamalidirlar. Daxili ishlərini istədiyi kimi qurmaq hər bir xalqin toxunulmaz və shəksiz huququdur. Maraqlidir ki, hətta BMT nizamnaməsində belə dovlətlərin və xalqlarin bu huququ chox yuksək qiymətləndirilir və hətta BMT-nin də bəzi istisna hallarini chixmaq shərtilə mahiyyət eibarilə ər hansi bir dovlətin daxili səlahiyyətlərinə aid olan ishlərə qarishmaq huququnun olmadigi təsbit edilib.
Amma qeyd etmək lazimdir ki, Ermənistan Azərbaycanin daxili ishlərinə qarishmaqla ya beynəlxalq huquqa və beynəlxalq ictimayyətə meydan oxuyur ya da ozunun BMT-dən belə səlahiyyətli oldugunu numayish etdirir. Təəssufki, hələ də Ermənistanin bu hərəkətlərinə beynəlxalq ictimayət tərfindən goz yumulur, bu hadisələrə ifrat dozumluluk numayish etdirilir, ona qarshi hər hansi adekvat addim atilmir.Halbuki, beynəlxalq huquq təcavuzə məruz qalmish hər bir dovlətin təcavuzu nəinki istənilən vasitə ilə dəf etmək, həmchinin təcavuzkar dovlətin beynəlxalq huquqi məsuliyyətini tələb etmək səlahiyyəti oldugunu ozundə ehtiva edir.
BMT-nin 1965-ci ildə qəbul etdiyi Bəyannaməyə əsasən, hər hansi bir dovlətin daxili ishlərinə, duzunə və dolayi yolla qarishmaq qəti surətdə qadagan olunur.
Hamiya məlumdur ki, Ermənistanin Dagliq Qarabag problemi ilə bagli yeritdiyi siyasət nəticəsində bir milyondan artiq azərbaycanlinin huquqlari pozulmush, onlar oz yurd-yuvalarindan didərgin dushərək dozulməz shəraitdə yashamaga məcbur olmushlar. Bu hal beynəlxalq huququn əsas insan huquqlarina hormət edilməsi prinsipinin pozulmasi ilə nəticələnmishdir. Bu prinsip beynəlxalq huquqi təcrubədə ozunun ilk rəsmi ifadəsini BMT nizamnaməsində və insan huquqlari bəyannaməsində tapmishdir. Bəyannamədə insan huquuqlarinin və azdliqlarinin butun bəshəriyyət uchun əhəmiyyəti təstiq edilir, insan huquqlarina və əsassiz azadliqlara butun dovlətlərin istisnasiz olaraq əməl edilməsi əsas shərt kimi qoyulur. Bəyannamədə qeyd edilir ki, dovlətlər və xalqlar arasinda sulhun, ədalətin və qarshiliqli anlashmanin muhum amili insan huquqlari və əsas azdliqlaridir ki, dovlətlər bunu yerinə yetirməyə borcludurlar.
Ermənistan uzun illər ərzində Azərbaycan xalqina qarshi gorduyu ishlər daha chox onun indiyə qədərki addimlarina gorə məsuliyyət dashimamasi ilə baglidir. Halbuki, Ermənistanin bu hərəkətləri beynəlxalq huququn məsuliyət prinsipi ilə bir araya sigmir. Hansi ki, bu prinsipə əsasən beynəlxalq huquqi pozgunluq, beynəlxalq huququn prinsiplərinə numayishkəranə surətdə əməl etməmək və ya beynəlxalq cinayət əməlləri nəticəsində dovlətlərin uzərinə dushən siyasi, mənəvi və maddi huquqi tələblərin məcmusuna beynəlxalq məsuliyyət deyilir. Beynəlxalq munasibətlərdə dovlətlərin məsuliyyət prinsipi təcavuzkarligin qadagan edilməsi, sulh və təhlukəsizlik ugrunda aparilan mubarizə ilə six əlaqədə formalashmishdir.
Muasir beynəlxalq huquqda məsuliyyətin 3 formasi gostərilir: “siyasi, mənəvi, maddi məsuliyyət”.
Beynəlxalq huquqi məsuliyyətin əsasi huquqa zidd hərəkətlərdən və hərəkətsizlikdən ibarət ola bilər. Bu məsuliyyətin bashlica obyekti dovlitdir. Konkret chəkdiyimiz misalda isə, beynəlxalq huquqi məsuliyyətinobyekti rolunda məhz Ermənistan chixish edir. Bu prinsipi pozan dovlətlərə qarshi beynəlxalq huquqda bir sira tədbirlər gormək imkani oz əksini tapmishdir. Məsələn, BMT nizamnaməsində gostərilir ki, nizamnaməni və beynəlxalq huququn prinsiplərini mutəmadi pozan dovlət təshkilat uzvluyundən xaric edilə bilər. Eyni zamanda həmin dovlətə qarshi silahli quvvə tətbiq etmədən, habelə silahli quvvə tətbiq etməklə tədbir gorulə bilər. Lakin təəssuflə qeyd etməliyik ki, Ermənistana qarshi hələ ki, bu tədbirlərin hech biri tətbiq edilməyib.
Ermənistan mustəqillik əldə etdikdən sonra suveren dovlət olaraq beynəlxalq munasibətlər sistemində oz uzərində bir sira ohdəliklər goturmushdur. Lakin bunu da təəssuflə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan munaqishəsini torətməklə birinci tərəf uzərinə goturduyu ohdəliklərdən bir choxunu yerinə yetirməmish və nəticədə beynəlxalq huququn beynəlxalq ohdəliklərin vicdanla yerinə yetirilməsi prinsipini pozmushdur. BMT nizamnaməsində qeyd olunur ki, təshkilatin butun uzvləri nizamnamə uzrə uzərlərinə goturdukləri ohdəlikləri vicdanla yerinə yetirməyə borcludurlar. Bu prinsipə əsasən istənilən suvern dovlət oz huquqlarini, eləcə də qanunlar vermək, inzibati qaydalar qoymaq və istənilən addimi atmaq huququnu həyata kechirərkən beynəlxalq huquq sahəsində oz uzərinə goturduyu ohdəliyini nəzərə almali, ilk olaraq tələblərini yerinə yetirməlidir.
Yuxarida qeyd edilənlər Ermənistanin beynəlxalq huququn hər bir dovlət uchun qeyd-shərtsiz olaraq yerinə yetirməli oldugu prinsipləri kobudcasina pozdugunu soyləməyə bir daha əsas verir.


Muəllif
ADIU,Sosiologiya və politologiya kafedrasinin muəllimi: Anar Əliyev


Hosted by uCoz
www.azerisayt.narod.ru
(nazad)