.93.
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
  1. And olsun səhərə;


  2. And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,


  3. (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.


  4. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!


  5. Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!


  6. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!


  7. Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!


  8. Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!


  9. Elə isə yetimə zülm etmə!


  10. Dilənçini də (qapıdan) qovma!


  11. Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!
QURAN
www.azerisayt.narod.ru(Nazad)