.105.
əl-Fil (Fil) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
  1. (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!


  2. Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!


  3. Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.


  4. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.


  5. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!
QURAN
www.azerisayt.narod.ru(Nazad)