www.azerisayt.narod.ru
QURAN




Musəlman əqidəsi

1. Allah bizi nə uchun yaradib?
Allah bizi yaradib ki, yalniz Ona ibadət edək və hech bir sheyi Ona shərik qoshmayaq.
"Mən cinləri və insanlari yalniz Mənə ibadət etmək uchun yaratdim!" (əz-Zariyat, 56)
"Allahin bəndələri uzərində olan haqqi Ona ibadət edib hech bir sheyi Ona shərik qoshmamaqdir".(əl-Buxari və Muslim)

2. Allaha necə ibadət etməliyik?
Allaha ixlasla, onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik.
"Halbuki Onlara əmr edilmishdi ki, Allaha ixlasla, dini yalniz Ona aid edərək, ibadət etsinlər"(əl-Beyyinə, 5)
"Bizim ishimizə (dinimizə) muvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim)

3. Məgər Allaha qorxu və istəklə ibadət etməliyik?
Bəli, biz Allaha qorxu və istəklə ibadət etməliyik.
"Allaha həm qorxu, həm də istəklə dua (ibadət) edin" (yəni, Cəhənnəm əzabindan qorxaraq və Cənnət nemətlərini istəyərək) (əl-əraf, 56)
"Mən Allahdan Cənnət istəyirəm və atəshdən (Cəhənnəm əzabindan) Ona pənah apariram.(Əbu davud – "səhih"dir)

4. Ibadətdə ehsan nə deməkdir?
Bu, Allahin bizi daim gorduyunu etiqad etmək deməkdir.
"Shubhəsiz ki, Allah sizin uzərinizdə nəzarətchidir" (ən-Nisa, 1) "O Allah ki səni namaza duranda da gorur" (əsh-Suara, 218)
"Allaha elə ibadət et ki, sanki sən Onu gorursən, sən Onu gorməsəndə O səni gorur.(Muslim)

5. Allah nə uchun peyğəmbərlər (a.s) gondərmishdir?
Allah peyğəmbərləri (a.s) ona gorə gondərib ki, insanlari Ona ibdadət etməyə və hech bir sheyi Ona shərik qoshmamağa dəvət etsinlər.
"Biz hər ummətə: "Allaha ibadət edin, Tağutdan chəkinin!" – deyə peyğəmbər gondərmishdik. (ən-Nəhl, 36)
"Peyğəmbərlər bashqa-bashqa qadinlardan olan qardashlardir! Analari ayri, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tovhidə (Tək Allahliğa) dəvət etmishdir)".(Muslim)

6. Üluhiyyə tovhidi nədir?
Bu, dua, nəzir, qurban və s. ibadətləri yalniz Allah uchun etməkdir.
"Bil ki, Allahdan bashqa hech bir tanri yoxdur..."(Muhəmməd, 19)
"Qoy sənin onlari dəvət edəcəyin ilk shey – Allahdan bashqa hech bir ilahin olmamasina shəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim)

7. "Lə ilahə illəllah"in mənasi nədir?
Mənasi: "Alahdan bashqa həqiqi (ibadətə layiq olan) məbud yoxdur".
"Bu (deyilənlər) ona gorədir ki, Allah haqq, (mushriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir..."(Loğman, 30)
"Lə ilahə illəllah deyən və Allahdan qeyri ibadət olunanlari inkar edən hər kimsənin mali da, qani da haramdir.(yəni, malini mənimsəmək və qanini axitmaq)".(Muslim)

8. "Allahin sifətlərində tovhid" nə deməkdir?
Allahin ad və sifətlərini Quranda və Peyğəmbərin (s.ə.s) hədislərində vəsf olunduğu kimi təsdiq etməkdir.
Ona bənzər hech bir shey yoxdur. O (hər sheyi) eshidəndir, (hər sheyi) gorəndir" (əsh-Shura, 11)
"Sizin uca Rəbbiniz hər gecə (Ozunə layiq keyfiyyətdə) dunya səmasina nazil olur". (Muslim)

9. Tovhidin musəlmana olan səmərəsi nədir?
Hər bir musəlman tovhidi qəbul etməklə dunyada haqq yola yonəlir, axirətdə isə əmin-amanliqda olur.
"Iman gətirib imanlarini zulmlə qatishdirmayanlar əmin-amanliqdadirlar. Haqq yola yonəlmishlər də onlardir!" (əl-Ənam, 82)
"Bəndələrin Allah uzərində olan haqqi Ona shərik qoshmayana əzab verməməsidir". (əl-Buxari və Muslim)

10. Allah haradadir?
Allah ərshin uzərindədir.
"Rəhman ərshin uzərinə istiva etdi! (yəni, ucaldi və yuksəldi)". (Taha, 5)
"Allah bir yazi yazdi: "Həqiqətən, Mənim rəhmətim qəzəbimi qabaqladi". Bu da Onun dərgahinda, ərshin uzərində (olan lovhi-məhfuzda) yazilmishdir".(əl-Buxari)

11. Allah zati ilə bizimlədir yoxsa elmi bizimlədir?
Shubhəsiz ki, Allahin elmi bizimlədir. O hər sheyi gorur və eshidir.
"(Allah) buyurdu: "Qorxmayin, Mən də sizinləyəm, (hər sheyi) eshidirəm və gorurəm! (Taha, 46)
"Doğrusu siz (hər sheyi) eshidəni, (sizə) yaxin olani chağirirsiniz! O da sizinlədir.(yəni, sizi gorur və eshidir)". (əl-Buxari və Muslim)

12. Ən boyuk shirkin zərəri nədir?
Ən boyuk shirk əbədi Cəhənnəmdə qalmağa səbəb yaradir.
"...Allaha shərik qoshana Allah, shubhəsiz ki, Cənnəti haram edər. Onun dushəcəyi yer Cəhənnəmdir...(əl-Maidə, 72)
"Allaha shərik qoshub olən shəxs Cəhənnəmə daxil olar". (Muslim)

13. Insan shirk edə-edə digər yaxshi əməlləri ona fayda verə bilərmi?
Xeyr, shirk ola-ola yaxshi əməl oz sahibinə hech cur fayda verə bilməz.
"Əgər onlar (Allaha) shərik qoshsaydilar, etdikləri əməllər pucha chixardi!" (əl-Ənam, 88)
"Hər kimsə etdiyi əməldə qeyrisini Mənə shərik qosharsa, Mən onu da, shərik qoshduğunu da tərk edərəm". (Muslim)

14. Musəlmanlar arasinda shirk movcuddurmu?
Bəli, təəssuflər olsun ki, movcuddur, ozu də chox.
"Onlarin əksəriyyəti ancaq shərik qosharaq Allaha inanarlar" (Yusif, 106)
"Ümmətimdən olan qəbilələr mushrikləri və butpərəstləri haxlamayinca (onlarin əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir)

15. Allahdan qeyrisinə dua etməyin hokmu nədir?
Allahdan qeyrisinə edilən dua, sahibini Cəhənnəmə varid edən shirkdir.
"Elə isə chəkin, Allahla yanashi bashqa bir tanriya dua (ibadət) etmə, yoxsa əzaba duchar edilənlərdən olarsan!" (əsh-Suara, 213)
"Allahdan qeyrisinə dua (ibadət) edib olən shəxs Cəhənnəmə daxil olar".(əl-Buxari)

16. Məgər dua uca Allah uchun edilən ibadətdir?
Bəli, dua uca Allah uchun edilən ibadətdir.
"Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarinizi qəbul edim! Mənə ibadət etməyi təkəbburluklərinə siğishdirmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, yaxud əl-Mumin 60)
"Dua ibadətdir". (ət-Tirmizi – "səhih"dir)

17. Olulər duani eshidirlərmi?
Xeyr, olulər duani eshitmirlər!
"Shubhəsiz ki, sən nə olulərə, nə də donub gedən karlara chağirishi eshitdirə bilərsən!" (ən-Nəml, 80) "Sən isə qəbirlərdə olanlara eshitdirən deyilsən" (Fatir, 22)
"Həqiqətən, Allahin yer uzunu səyahət edən mələkləri vardir ki, onlar ummətimin salamini mənə chatdirirlar". (ən-Nəsai – "səhih"dir)

18. Oludən və ya qeybdə olandan komək diləyə bilərikmi?
Xeyr, nə oludən, nə də qeybdə olandan komək diləmək olar! Əksinə, biz yalniz Allahdan komək diləməliyik.
"O zaman siz Rəbbinizdən komək diləyirdiniz. O da sizə cavab verdi (duanizi qəbul etdi)". (əl-ənfal, 9)
"Peyğəmbərə (s.ə.s) bir narahatliq və ya bir musibət uz verdikdə deyərdi: "Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən komək diləyirəm". (əl-Hakim – "həsən"dir)

19. Allahdan qeyrisinə and ichmək olarmi?
Xeyr, Allahdan qeyrisinə and ichmək olmaz.
"De: "Rəbbimə and olsun ki, siz mutləq diriləcəksiniz". (ət-Təğabun, 7)
"Kim Allahdan qeyrisinə and ichərsə artiq shirk etmish olar".(Əhməd "səhih"dir)

20. Həmayil (goz muncuğu və s.) və tilsimlər asmaq olarmi?
Onlari asmaq olmaz, chunki bunu etmək shirkdir.
"Əgər Allah sənə bir sixinti versə, (səni ondan) Allahdan bashqa hech kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (hech kəs Ona mane ola bilməz). Chunki O, hər sheyə qadirdir!" (əl-Ənam, 17)
"Kim (gozdəymədən və s. Qorunmaq uchun) tilsim asarsa artiq shirk etmish olar". (Əhməd – "səhih"dir)

21. Uca Allaha nə ilə təvəssul etməliyik?
Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssul etməliyik.
"Ən gozəl adlar Allahindir! Onu bu adlarla chağirib dua edin" (əl-Əraf, 180)
"Sənin Ozunə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!" (Əhməd – "səhid"dir)

22. Dua etdikdə yaradilanlarin vasitəchiliyinə ehtiyac olurmu?
Xeyr, dua etdikdə yaradilanlarin vasitəchiliyinə ehtiyac olmur.
"(Ya Muhəmməd!) Bəndələrim Məni səndən sorushsalar, Mən onlara yaxinam. Dua edib Məni chağiranin duasini qəbul edərəm". (əl-Bəqərə, 186)
"Doğrusu siz (hər sheyi) eshidəni, yaxin olani chağirirsiniz! O da sizinlədir". (yəni, sizi gorur və eshidir.) (əl-Buxari və Muslim)

23. Peyğəmbərin (s.ə.s) vasitəchiliyi nədir?
Peyğəmbərin (s.ə.s) vasitəchiliyi Allahin ona nazil etdiyini təbliğ etməkdir.
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmish olani təbliğ et" (əl-Maidə, 67)
Peyğəmbərin (s.ə.s) səhabələri: "Biz shəhadət gətiririk ki, artiq sən təbliğ etdin, yerinə yetirdin və nəsihət etdin!" soylədikdə o demishdir: "Allahim shahid ol!" (Muslim)

24. Peyğəmbərin (s.ə.s) shəfaətini kimdən istəməliyik?
Biz Peyğəmbərin (s.ə.s) shəfaətini yalniz Allahdan istəməliyik.
"De ki: "Shəfaət butunluklə Allaha məxsusdur". (əz-Zumər, 44)
"Allahim, onu mənə shəfaətchi et!". (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – "həsən"dir)

25. Alahi və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?
Məhəbbət itaət etməklə və buyuruqlari yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur.
"(Ya Muhəmməd) De ki: "Əgər siz Allahi sevirsinizsə, mənim ardimca gəlin ki, Allah da sizi sevsin və gunahlarinizi bağishlasin". (Ali-Imran, 31)
"Sizdən biriniz məni valideynindən, ovladindan və butun insanlardan chox sevməyincə iman gətirmish olmaz". (Muslim)

26. Peyğəmbəri (s.ə.s) mədh etdikdə mubaliğə edə (həddi kechə) bilərikmi?
Peyğəmbəri (s.e.s) mədh etdikdə mubaliğə etmək olmaz.
"De ki: "Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahiniz tək olan Allahdir". (əl-Kəhf, 110)
"Nəsranilər Məryəm oğlunu (mədh edib) mubaliğə etdiyi kimi, siz də məni (mədh edib) mubaliğə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: "Allahin qulu və elchisidir!" (əl-Buxari)

27. Ilk yaradilan məxluq kimdir?
Insanlardan Adəm (a.s), əshyalardan isə qələm ilk yaradilmish məxluqdur.
"O zaman sənin Rəbbin mələklərə belə demishdir: "Mən palchiqdan bir insan (Adəmi) yaradacağam!" (Sad, 71)
"Həqiqətən, Allahin yaratdiği ilk məxluq qələmdir". (Əbu Davud, ət-Tirmizi – "həsən"dir)

28. Muhəmməd (s.ə.s) nədən xəlq edilib?
Allah Muhəmmədi (s.ə.s) nutfədən xəlq etmishdir.
"Sizi (ataniz Adəmi) torpaqdan, sonra nutfədən, sonra laxtalanmish qandan yaradan Odur!" (Ğafir, yaxud Mumin 67)
"Həqiqətən sizlərdən hər biri anasinin bətnində xəlq olunarkən (hamiləliyin ilk) qirx gunundə nutfə halinda olur,...".(əl-Buxari və Muslim)

29. Mominlər uchun dostluq nə deməkdir?
Bu, tək Allaha ibadət edən mominləri sevmək, onlara koməklik gostərmək deməkdir.
"Momin kishilər və momin qadinlar bir-birinə dostdurlar!" (ət-Tovbə, 71)
Peyğəmbər (s.ə.s): "Həqiqətən, mominin mominə bağliliği, dashlari bir-birinə kechmish binaya bənzəyir!" – deyib barmaqlarini charpazlashdirdi.(Muslim)

30. Kafirləri sevmək, onlara komək etmək olarmi?
Xeyr! Kafirləri sevmək, onlara komək etmək olmaz.
"Sizdən kim onlarla (kafirlərlə) dostluq edərsə, o da onlardandir". (əl-Maidə, 51)
"Subhəsiz ki, Əbu filankəsin ailəsi (kafir olduqlarina gorə) mənim dostlarim deyillər".(əl-Buxari və Muslim)

31. Kimdir həqiqi vəli (dost)?
Həqiqi vəli yalniz Allahdan qorxan mominlərdir.
"Bilin ki, Allahin dostlarinin hech bir qorxusu yoxdur və onlar qəm-qussə gorməzlər. O kəslər ki, iman gətirmish və Allahdan qorxmushlar".(Yunus, 62,63)
"Mənim dostum ancaq Allah və saleh mominlərdir". (əl-Buxari və Muslim)

32. Allah Qurani nə uchun nazil edib?
Allah Qurani nazil edib ki, onu oxuyub əməl edək. (Shubhəsiz ki, onu bukub harasa qoymaq, yaxud asmaq hech bir fayda verməz.)
"Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahi qoyub bashqa havadarlara uymayin. Siz oyud-nəsihətə olduqca az qulaq asirsiniz!" (əl-Əraf, 3)
"Quran oxuyun və ona əməl edin, onu atib getməyin və onda mubaliğə etməyin, onu qazanc mənbəyinə chevirməyin və onu mənimsəməyin!" (Əhməd – "səhih"dir)

33. Hədislərsiz, yalniz Quranla kifayətlənə bilərikmi?
Yalniz Quranla kifayətlənmək Allahin qoyduğu shəriətə, Peyğəmbərin (s.ə.s) və onun ardicillarinin tutduğu yola ziddir.
"Sənə də Zikri (Qurani) nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən və bəlkə, onlar da dushunub dərk edələr!" (ən-Nəhl, 44)
"Doğrusu mənə Quranla birlikdə onun mislində olan (Sunnə) verildi!".(Əhməd – "səhih"dir)

34. Hər hansi bir sozu Allahin və Onun Rəsulunun sozundən onə kechirə bilərikmi?
Hech bir sozu onlarin sozundən ustun hesab etmək olmaz.
"Ey iman gətirənlər! (Sozləriniz və hərəkətlərinizlə) Allahin və Peyğəmbərinin qabağina kechməyin. Allahdan qorxun".(əl-Hucurat, 1)
"Allaha asi olaraq (kiməsə) itaət etmək olmaz! Yalniz (asilik olmayan) yaxshi ishlərdə itaət etmək olar!". (Əbu Davud – "səhih"dir)

35. Aramizda mubahisə dushsə nə etməliyik?
Mubahisə dushəndə Qurani Kərimə və səhih sunnəyə donmək vacibdir.
"Əgər bir ish barəsində mubahisə etsəniz, Allaha və qiyamət gununə inanirsinizsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (ən-Sisa, 59)
"Sizə iki sheyi tərk edirəm ki, onlardan yapishsaniz hech vaxt zəlalətə dushməzsiniz! Bu, Allahin kitabi və peyğəmbərin sunnəsidir". (Malik – "səhih"dir)

36. Dində olan "bidət" nədir?
Shəriətdə (Quran və Sunnədə) dəlili olmayan hər bir shey bidətdir.
"Yoxsa mushriklərin Allahin dində izn vermədiyi bir sheyi onlar uchun qanuni (halal) edən shərikləri vardir".(əsh-Shura, 21)
"Bizim ishimizə (dinimizə) ondan olmayan bir yenilik gətirənin gətirdiyi rədd edilir".(Qəbul olunmur) (əl-Buxari və Muslim)

37. Dində gozəl "bidət" varmi?
Xeyr! Dində gozəl "bidət" yoxdur.
"Bu gun dininizi tamamlayib mukəmməl etdim, sizə olan nemətimi basha chatdirdim və bir din kimi sizin uchun Islami bəyənib sechdim".(əl-Maidə, 3)
"Sizə (dinə əlavə edilən) yeniliklərdən chəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir". (Əbu Davud – "səhih"dir)

38. Islamda gozəl "sunnə" varmi?
Bəli, islamda gozəl "sunnə" var. Xeyirxah ishlərdə numunə olmaq kimi.
"Və o kəslər ki: "Ey Rəbbimiz bizə zovcələrimizdən və ushaqlarimizdan gozumuzun ishiği olacaq ovladlar bəxsh et və bizi muttəqilərə imam et!" (yəni, xeyirxah ishlərdə numunə et!) deyərlər". (əl-Furqan, 74)
"Kim islamda (unudulmush) gozəl bir sunnəni bərpa edərsə, ona həm oz əməlinin, həm də ondan sonra həmin sunnəyə əməl edənin savabi qədər savab yazilar". (Muslim)

39. Insan oz nəfsini islah etməklə kifayətlənə bilərmi?
Insan həm oz nəfsini, həm də yaxinlarini islah etməlidir.
"Ey iman gətirənlər! Ozunuzu və əhli-əyalinizi elə bir oddan qoruyun ki, onun yanacaği insanlar və dashlardir".(ət-Təhrim, 6)
"Hər biriniz hamidir və hər biriniz də himayəsində olanlar barədə sorğu-sual ediləcəkdir. Rəhbər oz rəiyyəti barədə sorğu-sual ediləcək..." (ət-Tirmizi)

40. Musəlmanlar nə zaman qələbə chalacaqlar?
Musəlmanlar yalniz Allahin kitabina və Peyğəmbərinin (s.ə.s) sunnəsinə əməl etdikdə qələbə chalacaqlar.
"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahin və Peyğəmbərinin dininə) yardim gostərsəniz, O da sizə yardim gostərər və sizi sabitqədəm edər". (Muhəmməd, 7)
"Qiyamətə qədər ummətimdən qələbə chalan bir tayfa olacaq". (Ibn Macə - "səhih"dir)

Allah bizi eshidib faydalananlardan etsin Amin!

Copyright (©) www.azerisayt.narod.ru All rights reserved
QURAN

Hosted by uCoz