Gözəl sözlər



  1. Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.

  2. Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.

  3. Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.

  4. Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!

  5. Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam,  gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.

  6. Sən məni deyil mənim səni sevməmi sevirsən.

  7. Könlümdə taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam, sabah isə ruhuma doğan günəşim oldun.

  8. Səni sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi bacarırsan.

  9. Sevən unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir. Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma mən əsla.

  10. Haraya gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə açılmaz.

  11. Mən gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz.

  12. Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.

  13. Gördüyüm ən gözəl yuxu sənin olduğun, duyduğum ən dərin sevgi sənin əsərin, gördüyüm ən gözəl dünya sənin gözlərin və qurduğum ən gözəl xəyal sənsən.

  14. Sən ürəyimin dərinliyində hər kəsdən uzaq hər kəsdən fərqli olaraq yaşayacaqsan. Sən mənim son eşqim, dəli sevdam, yaşamış olduğum ən özəl insan olaraq qalacaqsan.

  15. Sənə söz verirəm sən getsən də, məni tərk edib, unutsan da, səni mən əsla unutmayıb hər an üçün sevəcəyəm.

  16. Sevgilərin ən gözəli səni sevmək, gözləntilərin ən gözəli səni gözləmək və həyatın dadı sabaha qalxdığımda sənin var olduğunu bilməkdir.

  17. Ovcunun arasına bir ürək buraxdım. İstəyərsənsə bir kənara atarsan, istəyərsənsə ürəyinin üstünə qoyub hər zaman səninlə olacağını xatırlayarsan.

  18. Mən bu həyatda bir çox səhvlər edib acısını çəkdim. Tək bir doğru iş gördüm oda sənə qəlbimlə güvənməkdir. Canımın içi düşünürəm sən buna layiqsən.

  19. Gecələrdən qorxma, pəncərəndə ulduz kimi parlayacağam, uzaqdayam deyə yalnızsansa kölgə kimi arxanda, nəfəs kimi içində, can kimi yanındayam.

  20. Əgər qədər səni mənim qollarımdan alıb başqasının qollarına atarsa bil ki, sənin düyün musiqin mənim cənazə marşım olacaq.

  21. Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz.

  22. Son bir günüm qalsa da fani dünyada səninlə bərabər olmaq istəyərəm. Sevincli günləri təkrar-təkrar yaşayıb əllərin əlimdə ölmək istəyərəm.

  23. Səsini duysam da hər an üzünü görmək kimi deyil. Səni gözlədiyimi bil hər an. Heç bir şey səni sevmək kimi deyil.

  24. Sevgililər öpüşərkən nədən gözlərini yumurlar bilirmisən? Çünki gözləri ilə deyil qəlbləri ilə görmək istəyirlər. Yəni hiss etmək istəyirlər. Sevgilim mən də səni ruhumun dərinliklərində hiss edirəm, çünki səni çox sevirəm.

  25. Dəniz dalğasız, könül sevdasız olmaz, yarı gözəl olanın başı bəlasız olmaz.

  26. Sən güllərə qibtə etmə, güllər sənə qibtə etsin. Üzmə şirin canını sən güllərdən də gözəlsən. Sevgi qədər məsum seviləcək qədər özəlsən, çünki sən bircəcik, hər şeyə bərabərsən.

  27. Buraxacağın bir əli tutma, tutacağın bir əli buraxma. Saxta sevgilərə gül olmaqdansa gerçək sevgilərə tikan olmağa dəyər bunu əsla unutma.

  28. Heç bir qız oğlana boyun əyməz, heç bir oğlan da bir damla göz yaşına dəyməz.

  29. Səni sevirəm deyən sözlərə deyil, sənin üçün ağlayan gözlərə inan.

  30. Yaxınlıq nə məkanla nədə zamanladır. Yalnız əllər göyə açıldığında ağlına gələnlər yaxın olduqlarındır.

  31. Onun gözəlliyini hər kəs görürsə o məncə bir az gözəldir. Onun gözəlliyini hər kəs bilirsə o məncə heç gözəl deyildir. Onun gözəlliyini yalnız mən görürəmsə bu sevgidir. Onun gözəlliyini yalnız mən bilirəmsə bu eşqdir. Heç kim bilmirsə bu yalnızlıqdır.

  32. Həyat bir damla sudursa eşq bir damla göz yaşıdır.

  33. Bu dünyada 2 qüsursuz insan vardır. Biri doğmamışdır digəri isə ölmüşdür.

  34. Məni sənə qovuşduracaq tək şeyin ölüm olduğunu bilsəydim, əzrailin gəlməsini gözləməzdim.

  35. Yarpaq tökən gəncliyimin sətir aralarında altı qırmızı cızılmış və dırnaq içinə alınmış susqunluğumun baş hərflərisən.

  36. Məndə Məcnundan füzun aşiqlik istedadı vardır, aşiqi məcnun mənəm Məcnunun ancaq adı vardır.

  37. Fırtınalar qopar könlümdə. Səni axtararam xəyallarımda. Geriyə dönməsən belə, könlüm yenə həmişə səninlə.

  38. Gənclikdə günlər qısa, yollar uzun, yaşlılıqda isə günlər uzun, yollar qısadır.

  39. Səninlə başım dərddə, nə edim bilmirəm, canımdan bir parçasan, söküb ata bilmirəm.

  40. Hər zaman doğrunu söyləsən nə dediyini xatırlamaq zorunda qalmazsan.

  41. Mənə səni unut dedilər unutdum; Amma səni deyil, mənə səni unut deyənləri.

  42. Səni sevmək acıların ən böyüyü olsa da, səni düşünərkən gözyaşı tökmək yaşana biləcək ən böyük sevincdir.

  43. Dost istəyərsənsə Allah yetər. İbrət istəyərsənsə ölüm yetər.

  44. Sən məni, mənim səni sevdiyim qədər sevsəydin; Mənim səni, sənin məni sevdiyin qədər sevdiyimi anlayardın.

  45. Bərabər ağlamaqdakı göz yaşı kimi heç bir şey qəlbləri bir-birinə bağlamaz.

  46. Əgər oralarda bir gün yağmur yağarsa üzünü çevirmə. Burax səni mənim yerimə öpsün.

  47. Aynaya baxınca özümü deyil qocaman bir ürək və o ürəkdə ondan da böyük bir sən gördüm. 

  48. Sən dünyaya sürgün bir mələksən. Mən səni o qədər çox sevəcəyəm ki, bir daha cənnətinə dönməyəcəksən.

  49. Həyatın ən gözəl anı hər şeydən vaz keçdiyiniz zaman sizi həyata bağlayan biri olduğunu düşündüyünüz andır.

  50. Əgər bir gün sevmək istəsən öncə özünü sev, daha sonrada istəyərsənsə məni, Amma məni; məni sevən kimi deyil özünü sevən kimi sevməlisən, çünki mən səni belə sevdim.

  51. Səni sevməmi istəmişdin, sevdim. Səni öpməmi istəmişdin öpdüm. Sənə baş əyməmi istəmişdin bunu edə bilmərəm gözəlim. Yaradandan başqasına baş əymək sevənə də sevilənə də yaraşmaz.

  52. Əsla üzməsin səni qarşılıqsız sevgilər. Ürəyinə dağ basmasın acılar bir gün gedər. Gedən getsin bu yanğınlarda sönər. Əsla baxma geriyə krallar öndə gedər.

  53. Yalnızlıqdan qurtulmanın tək yolu yalnızlıq duyğusundan uzaqlaşıb hər insanın içərisində doğuşdan var olan sevgiyə sarılıb öncə özünü sevməni öyrənərək bu sevgini başqaları ilə heç bir ayırım etməyərək paylaşmaqdır.

  54. Qanadlanıb göylərə necə uçum, küləyin olub sənə necə əsim, yağmurun olub yanağına necə düşüm, başımı tutub uzaqlara sənsiz necə gedim, içimdə sən var ikən söylə necə ölüm.

  55. Fədakar olan insan könüldən sevəndir. Ürəkli olan insan özünü biləndir. Ümidli olan insan yaşamağı sevəndir. Unutmayan insan bir ömrə bərabərdir.

  56. Həyata dair gözəl olan hər şeylə birlikdə yaşamağı bil yetər.

  57. Sənsizlik səssizlik demək. Səssizlik ölüm demək. Yaşayarkən ölmək, səni sevib sənsizliklə yaşamaq demək. Demək ki, yaşamaq üçün sevmək, sevmək üçündə sən gərəksən.

  58. Sənə səni dünyalar qədər sevirəm desəm yalan. Sənə səni ölüm qədər sevirəm desəm inan, çünki ölümdür dünyada tək gerçək olan.

  59. Mən səni sevmək üçün deyil sevmənin necə bir duyğu olduğunu görməyin üçün sevdim.

  60. Əsla sevmə, sevərsənsə xəyanət etmə, xəyanət edəni əsla əfv etmə.

  61. Hiss etdiyin hissləri hiss etdiyini hiss etdiyin an hiss etdiyin hiss eşqdir.

  62. Gülü gülənə ver. Qəlbi sevənə ver. Aşiq olmaq gözəl şey, qiymətini bilənə ver.

  63. Ay gecə üçün, günəş gün üçün, sən mənim üçün, bütün güllər sənin üçün.

  64. Sən mənim qanadımsan, tutunacaq arxamsan. Yaşamaq nəyə yarar yanımda olmalısan.

  65. Uzaqlardasan mənimlə deyil, mən isə yalnızam səninlə deyil, ismin qəlbimdədir dilimdə deyil, qəlbim səninlədir içimdə deyil, səni sevirəm əlimdə deyil.

  66. Ümid gözəl şeydir qəlbində daşıyarsansa, sevmək gözəl şeydir gerçəkdən sevirsənsə, yaşamaq gözəldir anlamını bilirsənsə, sevilmək gözəldir gerçəkdən sevirsənsə.

  67. Mən sənsizliyi sənin yerinə qoyub səni sənsizliklə yaşaya bilirəm. Unutma unutmaram unutmasan. Səndən uzaqlarda sənsiz qalacağımı zənn etmə.

  68. İndi yağmur isladır ümidlərimi. Səni bir çiçəkdə yaşatdığımı bilirsən. Yox imiş sənsiz yaşantımın anlamı. Səni sevirəm desəm gələrmisən ?

  69. Yaşamağı bir sevda sandım, sevgini sən sandım, həyatı bir yol sandım, dərin bir yuxudan oyandım, amma səni yanımda tapa bilmədim.

  70. Adını günəşə yazdım, hər şəfəqdə doğsun deyə, ürəyini ürəyimə yazdım için-için yandığında mənimki də yansın deyə, adını canım qoydum sən öldüyündə mən də ölüm deyə.

  71. Dünyadakı bütün insanların eşqi toplanıb birləşsə belə, mənim sənə qarşı olan eşqimin yanında aciz qalar. Çünki mənim sənə qarşı olan eşqim ağıl və məntiqin heç bir zaman çata bilməyəcəyi yerdə qalır.

  72. Xəritəyə baxıram evin yox. Sözlərə baxıram adın yox. Sənə baxıram özümü görürəm, çünki məndən başqa yerin yox.

  73. Hər dəniz bir dalğa, hər röya bir yuxu, hər məzar bir ölü, hər ağac bir kök tapar. Mən başqa bir sən tapa bilmərəm.

  74. Bir gecə yarısı titrəyərək oyansan bil ki, şəklini öpdüyüm gündür, bir gün səbəbsiz yaşlar süzülərsə o gözəl gözlərindən bil ki yoxluğundan öldüyüm gündür.

  75. Ağırdır sevgilərim hər ürək daşıya bilməz, böyükdür ümidlərim, hər ürək saxlaya bilməz. Hər şeyi unudar da. Amma bu qəlbim tək bir səni unutmaz!

  76. Gözəlsən, birdənəsən, şirinsən. Çəkdiyim dərddə tək bəhanəsən. Mələkmi, şeytanmı bilmirəm ki, nəsən. Əllərdən əllərə atsan da olar. Mən səni sevirəm, sən məni sevməsən də olar!

  77. Sənsizəm, səndən uzaqda səni düşünürəm, səni gözləyirəm və gözləməyi çox sevirəm. Bir gün səni itirmək kimi duyğu gəlir beynimə, qorxuram və bu qorxunu çox sevirəm. Sevirsən deyə qorxursan. İtirsən uzaqdan baxmaq yetər bilirsən. Sənsizəm, sevgi yox artıq, amma mən yenə də səninləyəm, çünki səni sevirəm.

  78. Mənə bir günün 24 saat, bir saatın 60 dəqiqə və bir dəqiqənin 60 saniyə olduğu öyrədildi, amma sənsiz keçən bir saniyənin sonsuzluq qədər uzun olduğu öyrədilmədi. Həyatımızın hər anında birlikdə olmağımız arzusu ilə sevgilim.

  79. Bir sevgilim var uzaqda üzünü görmədiyim, səsini eşitmədiyim. Bir sevgilim var uzaqda əlini tutmadığım, saçına dəymədiyim. Gün gələr sevgilim mənə dünəndən yaxın olar.

  80. O qədər gözəlsən ki, üzünə baxa bilmirəm. Titrəyir əllərim, əllərini tuta bilmirəm. Elə bağlanmışam ki sənə, sənsiz qala bilmirəm.

  81. Heç sənin sevginə xəyanət edərəm? Canım kimi sevərkən buraxıb gedərəm? Qəlbimdə sevdan var ikən heç başqa əllərlə gəzərəm? Kim dedisə yalan inanma çünki günahsızam!

  82. Sevən nə qədər sevərsə, sevilən bir o qədər nankor olar. Bir gün özümü öldürəcəm, səbəbi sən olacaqsan sevgilim. Günlərdən sonra xəbərimi bir dostumdan alacaqsan. Bəlkə üzüləcəksən, bəlkə də sevinəcəksən. Amma sən nə deyirsən de, mən öləndə belə "SƏNİ SEVDİYİMİ" söyləyəcəyəm".

  83. Gözlərim səni narahat edirsə bağlayaram, bir daha açmaram. Sözlərim səni narahat edirsə, susaram bir daha danışmaram. Varlığım səni narahat edirsə ölərəm bir daha qarşına çıxmaram. Yox narahat edən sevgimdirsə, bağışla ona heç nə edə bilmərəm.

  84. Sevmə məni, xatırla. Gözləmə məni amma unutma.

  85. Yalnızca uşaqlar ağlayar və yalnızca Allah bağışlayar. Əgər bir gün məni tərk etsən, uşaq deyiləm ağlamaram, Allah deyiləm bağışlamaram!

  86. Ürəyinə sevda əkən, ayrılıq biçərmi, sevən seviləndən asanca vaz keçərmi, sən məni sevmə gülüm, mən yanaram ikimizin yerinə yetməzmi?

  87. Bax yenə soldu günəş, yenə axşam olur, ömrümün qədəhinə sənsiz bir gün dolur, sən yoxsan deyə inan dərdliyəm, kədərliyəm, gəlməzsənsə məhv olaram, yıxılaram. Sevgilim səni çox sevirəm.

  88. Vaxtından öncə çiçək açmaz. Məndə sən bitmədikcə, məndə mən ölmədikcə sənə olan bu sevgim bitməz.

  89. Gül çiçəklədiyi gündən günəşə aşiqdir. Nə qədər günəş hər gecə ayın görkəminə qapılıb gülü buraxsa da, gül ulduzlara qapılıb günəşi unutmaz.

  90. Birlikdə yaşaya biləcəyin biriylə deyil, onsuz yaşayamayacağın biriylə ol. Gəldiyi zaman boşluq dolduran deyil, getdiyində yeri doldurulmayan biriylə ol.

  91. Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz. Sən yenə də ağlamaq istəyirsən başını dik tut. Göz yaşların ağladan qədər alçalmasın.

  92. Gözlərin sözlərini örtəcək qədər məsum, düşüncələrin duyğularını basdıracaq qədər açmasız, əllərində əllərimi tutmayacaq qədər uzaqsa mənim günahım nə birdənəm.

  93. Ruhumu yerə vurub həsrət çəkdirən olsan da, nə sevginə bəd duam, nə sənə kinim var. Dəryaya axar kimi min bir dərdlə dolsam da, səni məhşərə qədər sevməyə əminim var.

  94. Xatirənə dağlar diz çöksün; Sən əsla əyilmə, ayrılıq, hüzn nədir; Sən əsla bilmə, bu könül bağçasından kim gedərsə getsin, sən əsla getmə!

  95. Son hədiyyə olaraq bu gülü sənə verəcək qədər könüllüyəm, amma yenə bilirəm ki, sən bu gülü alacaq qədər zərif könüllüsən.

  96. Qorxduğum sevmək deyil, sevib ayrılmaqdır. Qorxum ölmək deyil, sənin tərəfindən unudulmaqdır.

  97. Duyğular vardır anladılmayan sevgilər vardır kəlmələrə sığmayan, baxışlar vardır insanı ağladan. İnsanlar vardır ki, əsla unudulmayan, səndə onlardansan.

  98. Əllərini tutmaqdan deyil bir gün buraxmaqdan qorxuram, acı çəkməkdən, ağlamaqdan deyil səni incitməkdən qorxuram. Sən mənim tək sevdiyimsən. Mən sənsizlikdən qorxuram!

  99. Bir gecə ay məndən soruşdu. "Niyə sən sənə bu qədər acı verən birini sevirsən? " Niyə sən ondan vaz keçmirsən? Aya baxdım və dedim "Sən heç göy üzündən vaz keçərsən?"

  100. Ümidsizliyə qapıldığın zaman göy üzünə bax mütləq səni orada qarşılayacaq bir günəş, dəli bir yağış, ya da parlaq bir ulduz vardır!

  101. Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.

  102. Əsla heç kimin ümidini qırma bəlkə də tək sahib olduğu şey məhz odur.

  103. Xəyal etmək istədiyiniz hər şeyi xəyal edin, getmək istədiyiniz hər yerə gedin, olmaq istədiyiniz insanla olun, düşünün ki, yaşaya biləcəyiniz bir həyatınız və bütün bunları edə biləcək bir şansınız var.

  104. Hər şeyi sildim, yeni bir həyat üçün, sənin üçün.

  105. Güləndə hər kəs səninlə bərabər olar, bəs ağlayanda necə? Qələbələrə hər kəs ortaq olur, bəs məğlubiyyətlərə necə? Elə bir dost seçki, pis gün qapını döyəndə qapıya səninlə bərabər çıxsın.

  106. Mən səni ulduz qədər sevmədim bir gün sürüşərsən deyə, mən səni günəş qədər sevmədim bir gün batarsan deyə, mən səni qəlbimdə sevdim daim orada qalasan deyə.

  107. Bizim yerlərdə taleyimiz doğuşdan yazılır, şerlərimiz həyatımızı anladır, sevdamızda ürəyimiz qədər mərd olur. Səni unutdum kəlməsi məzar daşında olur.

  108. Sevmə səni sevməyəni dünyanın sahibi olarsa belə, sev səni sevəni dağdakı çoban olsa belə.

  109. Unutduqlarını xatırla, itirdiklərini axtar, gözlədiklərini get tap, incitdinsə bağışlanma dilə, incidinsə bağışla, sevirsənsə bunu bildir. Bu günki yaşam çox qısa.

  110. Gözlər vardır ki, sözləri anladır, sözlər də var ki, gözləri anladır, bir də sevgi var səni anladır.

  111. Tək qaldığım dünyada dünyam olarmısan? Dənizlər qədər sevdim səni. Dəniz fənərim olarmısan?

  112. Sən mənə canım deyərdin, gülüm deyərdin, hər gecə yollarımı gözləyərdin. Dünyan mən idim sonun mən idim, hər şeyin mən idim, bunları mənə deyən sən idin mən deyildim.

  113. Yalnızlıq gecələrin, ümid gözləyənlərin, xəyal çarəsizlərin, yağış küçələrin, təbəssüm dodaqların, hüzn ellərin, sən isə sadəcə mənimsən birdənəm.

  114. Başını sinəmə qoyub yatanda bir tək düşmənim var idi. "Keçib, gedib və bitəcək olan "ZAMAN".

  115. Səni ən çox kim sevir desələr; Mənim adımı verə bilərmisən? Nədən onu gözləyirsən desələr; Sevgimiz üçün deyə bilərmisən? Onu unut desələr; Xeyir əsla deyə bilərmisən? Eşqinizin məqsədi nədir desələr; Ölüm var ayrılıq yox deyə bilərmisən?

  116. Sən heç dənizin altında meşənin yaşıllığını gördünmü? İmkansız olduğunu söyləmə, çünki mən sənin gözlərində ölülərin belə görmədiyi cənnəti gördüm.

  117. Ağaclara yazdım adını, yandırdılar, göy üzünə yazdım, yağış olub axdılar. Bu dəfə qəlbimə yazıram, ölüm ancaq silər adını oradan.

  118. Dünyada iki rəng gül olsun. Qırmızılar sənin, ağlar mənim olsun. Sən məni unutsan qırmızı güllər solsun, mən səni unutsam ağ güllər kəfənim olsun.

  119. Buludlarla yüklədim, həsrətimi, küləklərlə yolladım sevgimi, yağışlarla birgə yağdırdım göz yaşlarımı, sənə kiçik mələklər göndərdim öpmək üçün! Gəldilərmi?

  120. Gözlərin gözlərimdə, əllərin əllərimdə, qəlbin içimdə və ruhun bədənimdə olduğu müddətdə səni sonsuza qədər sevəcəyəm.

  121. Allahın sənə verəcəyi ən böyük cəza xoşbəxtlik olsun. Ağlamaq istə fəqət göz yaşların içinə axsın.

  122. Sanma ki, adını bir başqası siləcək, səninlə başladım səninlə bitəcək!

  123. Ey bülbül nə oturmusan qəfəsdə? Sındır qəfəsi sevgini isbat et. Sənsiz sanki qaranlıq dünyayam. Ver işığımı, suyumu ver. Ürəyimi geriyə ver.

  124. Hər sevən adsız bir qəhrəmandır və insan sevə bildiyi qədər insandır.

  125. Dodaqlar yalan söyləyə bilər amma gözlər əsla!

  126. Mən səni unutmaq üçün sevmədim, amma nə üçün sevdiyimi unutdum.

  127. Sənə minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!

  128. Sən (S)ənə inanan kimsəyə inanma. Sən (S)əni sevən, kimsəni sevmə. Sən (S)ənə güvənən, kimsəyə güvənmə. Mötərizə daxilində olan "S"-ləri "M" et və bunu kimsəyə də bildirmə.

  129. Hər aya baxışında məni xatırla. Gözlərin ulduzlara dikilərsə, gözlərinə baxdığımı unutma. Ovcuna bir yarpaq düşərsə, əllərimdir onu əsla buraxma.

  130. Səni gündə bir dəfə düşünürəm o da mənim 24 saatımı alır.

  131. Gecənin səssizliyini dinlə, içindəki məni duyacaqsan. Qaranlığa bax üzümü görəcəksən. Əllərini qəlbinə qoy gözlərini bağla. Sənə ruhumu yollayıram bir azdan öpüləcəksən.

  132. Səni çox sevirəm. Soruşsan nə qədərmi? Dənizlərdəki qum dənələri qədər, göy üzündəki ulduzlar qədər, qəfəsdəki bir quşun uçmaq istədiyi qədər.

  133. Sevgini daşımaq deyil, həsrətini daşımaq çətin. Gülüşü unutmaq deyil, ağlamağa alışmaq çətin. Yaşamaq deyil, ölməkdə deyil, gözləyib görüşməmək çox çətindir birdənəm.

  134. Kəlmələr yetərsiz qalır sevgimi anlatmağa, gözlərimə baxaraq anla necə aşiqəm sənə. Əllərimi bərk tut heç ayrılma, çünki nəfəs kimi möhtacam sənə.

  135. Kiçik bir əsintiylə başlayan fırtınaya bənzər mənim eşqim. O qədər şiddətlidir ki, dayanmaq bilməz taki sənin içindəki dənizi dalğalandırana qədər.

  136. 7 dağdan 7 ayrı 7 arı gətirsələr, 7 arının 7 ayrı balını gətirsələr 7 dənə qızıl qaşığa qoysalar mənim qəlbimdəki eşqim qədər şirin olmaz.

  137. Unutma sən mənim öz canımdan çox dəyər verdiyimsən. Bil ki, nə olursa olsun hər zaman üçün ürəyimdəsən.

  138. Qovuşmaq ölümsə, həsrətin zülm. Əlbəttə qovuşarıq, gözlə gülüm. Tək sənə aiddir bu könlüm. Mən yolumu seçdim: Ya sən, Ya ölüm!

  139. Aramızda nə qədər məsafə olursa olsun sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçirsən keç, səni çox sevdiyimi görəcəksən.

  140. Bir yolçu gözləyirəm bir gün gələcək. Bir xəyal qururam heç bitməyəcək və bir qəlb daşıyıram səndən başqasını əsla sevməyəcək.

  141. Sən mənim qarşılıqsız sevdiyim, dalıb gedən gözlərimsən. Mənim bir dənəm, sevdiyimsən.

  142. Səni elə bir yerə yerləşdirdim ki, gerçəyin gəlsə belə xəyalının yerini doldurmaz.

  143. Günəşim ol isit amma yandırıb yaxma. Yağışım ol üzərimə yağ amma islatma! Küləyim ol əs amma sovurma. Sadəcə mənim ol, sevə bildiyin qədər sev amma SƏNSİZ buraxma!

  144. Ürəyin o qədər gözəl ki, onu incitmələrinə əsla izin vermə. Nə istiliyini yetir nə dostluğunu tək qorxun unudulmaq olsun. Səni unudana yazıqlar olsun.

  145. Mən sənin məni sevə bilmə ehtimalını sevdim.

  146. Unutmadım həsrət yaşlı gözlərini. Sən qəlbimə girəndən görməz gözüm bir kimsəni. Şerimdə yarımçıq qalacaq yarımçıq qalan sevgimiz kimi. Səni sevdim mən gülüm! Yemək kimi su kimi.

  147. Səni sevdiyim qədər yaşasaydım ölümsüzlüyün adını sevgi qoyardım.

  148. Həyatda elə anlar vardır ki, o anlar uğrunda məğlub olmaq belə zəfər sayılır. Mənim anlarımda sən idin. Səninlə apardığım sevda vuruşunda məğlub oldum fəqət özümü qalib sayıram.

  149. Mən + Sən = Birik; Mən - Sən = Heçnəyik; Mən / Sən = Bölünmərik!

  150. Gecə yarısı başlanarsa səsim duyulsun deyə deyil, çağırışmalarım isə sənin gəlməyin üçün deyil. Bu ürək duyulmadan səslənməyi bilirsə, görmədən sevməyidə bilir.

  151. Deyirlər göy qurşağının bitdiyi yerdə bir xəzinə var. Bir gün təqib etdim bitdiyi yerdə sən var idin.

  152. Gecənin qaranlığındasan, günəşin işığında, yağışın damlasındasan, selin coşqusunda, bəzən yuxumdasan, bəzən yanımda, amma hər zaman ağlımdasan bunu unutma.

  153. Bir oğlanı xoşbəxt edə bilmək üçün çox anlayıb azda olsa sevməli, bir qadını xoşbəxt edə bilmək üçün çox sevib anlamağa çalışmamaq gərəkdir.

  154. Mənə səni sevirəm dediyin zaman bu yalan olsa belə bu yalanı dünyanın bütün gerçəklərinə dəyişməyə hazıram.

  155. Sevgi insanın həm dostu həmdə düşmənidir. İnsanı onun kimi yıxan, onun kimi sevindirən bir şey daha yoxdur həyatda.

  156. Dəli bir yağış yağmur olsam səni yağdığım yerlər qədər sevərdim. Dəli bir külək olsam səni əsdiyim yerlər qədər sevərdim. Amma mən sadəcə dəliyəm və səni aldığım hər nəfəs qədər çox sevirəm!

  157. Gözəlsən, şirinsən, bircəciyimsən. Mələkmisən? Şeytanmısan? Bilmirəm nəsən. Əldən əllərə atsan da olar, mən səni sevirəm, sən sevməsən də olar.

  158. Zənn etmə ki, gözlərim sənə baxdıqca yorulacaq, ölsəm də ruhum səninlə qalacaq. Səndən əvvəl həyata əlvida desəm də, son sözüm səni sevirəm olacaq.

  159. Sən ən mükəmməl sevgiyə layiq olacaq qədər gözəl, hamının sevə bilməyəcəyi qədər özəlsən.

  160. Ağlamaq istəyirsənsə ağlama! Çünki, yalnız sənin gülüşün üçün yaşayan biri var.

  161. Sevmək "səni sevirəm" demək deyil. "Səni sevirəm" deyərkən titrəməkdir.

  162. Sən səhrada açan bir gül olsan, qurutmamaq üçün səni göz yaşlarımla sulardım.

  163. Səni hər dəfə düşünəndə qəlbimə bir ulduz əlavə olunur. Neçə dəfə düşündüyümü xatırlamıram, amma mənim qəlbimdə bir səma var.

  164. Əgər gecələr səni düşündüyüm qədər uzun olsaydı, səhər açılmazdı.

  165. Mən səni əsil insanların sadə sevgisi ilə yox, sadə insanların əsl sevgisi ilə sevirəm.

  166. Sən uçurum kənarında açan bir çiçək olsan və öləcəyimi bilsəm də səni qoparardım.

  167. Səni nə vaxt sevməyəcəyimi soruşma. Çünki, öləcəyim günü bilmirəm.

  168. Sənə olan məhəbbətimi dağlara-daşlara yazmaq istədim. Sənə olan məhəbbətimdən böyük dağ tapa bilmədim.

  169. Dünən gecə sən yatarkən bir mələk göndərdim sənə nəzarət etmək üçün. Tez qayıtdı. Nə oldu? Soruşdum. Bir mələk başqa bir mələyə nəzarət edə bilməz dedi.

  170. Həyatda elə birini sev ki, sən onun üçün ölməyi düşünərkən O sənin üçün çoxdan ölmüş olsun.

  171. Təbəssümün kimidir ölüm, razıyam gülüm, al məni qəlbin canıma məzar olsun.

  172. Həyatda tək ümidin gülmək olsun. Bir gün ağlasan o xoşbəxtlikdən olsun. Unutma, sevən bir dəfə ölər. Ölən bir dəfə basdırılar. Mənim sənə olan sevgim nə ölər, nə də basdırılar.

  173. Zənn etmə ki, gözlərim sənə baxdıqca bezəcək. Ölsəm də ruhum hər zaman səninlə qalacaq. Bağlansa gözlərim həyata inan ki, son sözüm səni sevirəm olacaq.

  174. Səni düşündüyüm zaman sənin də məni düşünüb-düşünmədiyini düşünmək məni düşündürür.

  175. Ən gözəl sevgi desələr eşqimizi deyə bilərsənmi? Ən çox kimi sevirsən desələr, adımı verə bilərsənmi?

  176. Güllər həmişə əllərində açsın, tikanları əllərinə batmasın, sevda həmişə səni tapsın amma səni yaralamasın, xoşbəxtlik həmişə ürəyinə dolsun, amma sevənini unutdurmasın.

  177. Yağan hər yağış, dərdlərini yusun. Doğan hər günəş, xoşbəxtliyinə başlanğıc olsun əsən hər külək, sənə olan məhəbbətimi anlatsın.

  178. Həyatda o qədər xoşbəxt ol ki, xoşbəxtlik də səni qısqansın.

  179. Hamını sevə bilərdim sevməyə səndən başlamasaydım.

  180. Günəşin buzlaşdığı yerdə yanan bir şey görsən, bil ki, o sənin üçün yanan mənim qəlbimdir.

  181. Kaş ki, sən mən olaydın. Səni sevməyin nə qədər çətin olduğunu hiss edəydin. Kaş ki, mən sən olaydım. Bu qədər sevilməyin ləzzətini duyaydım.

  182. Həyatda mənim üçün ən dəyərli şeyi sənə vermək istərdim. Amma səni sənə verə bilmərəm.

  183. Çığır dünyaya bütün gücünlə və ya pıçılda qulağıma səssizcə. Necə istəyirsən elə et, yetər ki mənə səni sevirəm söylə.

  184. Həyat sevgi ilə xoşdur. Sevgisiz həyat boşdur. Nə olar Allahım sevənləri qovuşdur.

  185. Bu gün həkimə getmişdim. Böyrəyimdə daş, ciyərimdə qum, qəlbimdə səni tapdılar.

  186. Nə qədər insafsızsan çobanyastığı! Nə olardı bir ləçəyin də olsaydı? O zaman sevərdi məni.

  187. Bir can düşün bədənsiz. Bir bədən düşün qəlbsiz, bir qəlb düşün sevgisiz, bir də məni düşün sənsiz.

  188. Sənə gülüm desəm olmaz solub gedərsən. Sənə mələyim desəm olmaz uçub gedərsən. Səni sevirəm desəm nə deyərsən?

  189. Səni bir nəfər sevirsə o mənəm, səni iki nəfər sevirsə, birinci sevən mənəm. Səni üç nəfər sevirsə, ən çox sevəni mənəm. Səni heç kim sevmirsə, bil ki, ölmüşəm.

  190. Kimsəyə könlümü vermədim, içində səni görərlər deyə. Kimsənin könlünü almadım, içində səni görərəm deyə.

  191. Günəşi sevirəm deyirsən günəş çıxınca kölgəyə qaçırsan. Yağışı sevirəm deyirsən yağış yağınca çətiri açırsan, küləyi sevirəm deyirsən külək əsincə pəncərəni bağlayırsan. Qorxuram sevgilim, çünki sən məni də sevdiyini deyirsən.

  192. Səni dünən sevmədim, dünənlər bitdi. Səni bu gün də sevmirəm, bu günlər də bitəcək. Səni sabah sevəcəyəm, çünki sabahlar heç bitməyəcək.

  193. Ölümümdən deyil ölümündən qorxuram, çünki birincisində mən varam, ikincisində isə sən.

  194. Duyğuları açıqlayan gözlər olmasaydı, qəlb hisslərin məzarına çevrilərdi.

  195. Məsafələr kiçik sevgiləri yox edib, böyükləri isə artırar. Necə ki, külək şamı söndürür, atəşi alovlandırar.

  196. Həyatda üç şeyi sevdim: Səni, qəlbimi və ümid etməyi. Səni sevdim-sənsən deyə. Qəlbimi sevdim səni sevdi deyə. Ümid etməyi sevdim bəlkə nə vaxtsa sevərsən deyə.

  197. "Səni sevirəm" deyərkən heç yalan söyləmədim, yalan söyləyərkən "səni sevirəm" demədim!

  198. Küçədə birini gördüm. Sancıldı gözlərim gözlərinə. Aşiq olduğumu zənn etdi məni özünə. Halbuki, nə bilsin bənzəyir gözləri gözlərinə.

  199. Əgər bir gün ölsəm, baş daşıma səninlə tanış olduğum tarixi yazdır, əgər bu tarix səhvdir desələr, məni tanımadan əvvəl yaşamırdı deyərsən.

  200. Dünyanı gözəl olduğu üçün deyil, içində sən olduğun üçün sevirəm.

  201. Bir gün günəş doğmağı, ay batmağı unudarsa mən də səni unudacam.

  202. Sözlərim səni üzürsə susaram bir daha danışmaram, əgər varlığım səni narahat edirsə ölərəm bir daha qarşına çıxmaram, əgər narahat edən sevgimdisə, bağışla ona heç nə edə bilmərəm.

  203. Güllərin hamısı gözədir amma sənin qədər deyil, səni hər kəs sevir amma mənim qədər deyil.

  204. Al xəncəri vur qəlbimə, ürəyim qana bulansın, amma çox dərinə getmə çünki orda sən varsan.

  205. Səni ulduzlara bənzədirəm onlar qədər təsir edici, çəkici və gözəlsən amma aranızda bir fərq var onlar milyonlarcadır amma sən birdənəsən.

  206. Sən gözlərimdə bir damla yaş olsaydın səni itirməmək üçün ömrü boyu ağlamazdım.

  207. Hər kəs mənə tez-tez xəyala daldığım üçün dəli deyir, amma əsil dəli onlardır. Onlar bilmirlər ki, xəyala daldıqda hər dəfə xəyallarımda səni görürəm.

  208. Göy üzündən özün üçün bir ulduz seç. Sənin qədər parlaq və gözəl olsun, birini də mənim üçün seç, parlaqlığı önəmli deyil təki sənə yaxın olsun.

  209. Çiçəklərin ən gözəli gül, güllərin ən gözəli sən. Çiçəklərdən gülü güllərdən səni sevirəm.

  210. Elə bir ağaca güvən ki heç qurumasın, elə birini sev ki, heç zaman unutmasın, sev amma mövsümlük olmasın, yayda yaşıl olub qışda solmasın.

  211. Bir gül olmaq istərdim. Bilirsən nə üçün? Məni dərib iylədiyində bədəninin dərinliklərinə girib bir daha oradan çıxmamaq üçün.

  212. Yağan hər yağış damlasında sən varsan. Bilirsən nə istəyirəm? Hər gün yağış yağsın.

  213. Qalan son sevgi parçasını ilk gündəki kimi yaşadacağam içimdə. Sevgilim heç bir zaman ayrılmayaq ölsəm belə əllərində.

  214. Mükəmməl bir insanla tanış olmaq istəyirsənsə, aynaya bax və səni tanıdıqları üçün Allaha şükr edənləri düşün, çünki mən də o insanlardan biriyəm.

  215. İnsanlar tanıdım ulduzlar kimi idilər. Hər biri göydə idi. Hər biri parlayırdı, amma mən səni günəşim seçdim və bir günəş üçün min ulduzdan vaz keçdim.

  216. Həyata niyə gəldiyimi düşünməyə başlamışdım, səninlə tanış olandan sonra başa düşdüm səbəbini dünyaya gəlişimin.

  217. Alıb qırsalar qələmimi qanımla yazaram səni sevdiyimi.

  218. Kül olmuş atəş yanarmı? Buz tutmuş su axarmı? Bu gözlər sənə baxdı başqasına baxarmı?

  219. Hər yağış damlası səni sevirəm demək olsaydı hər yeri sel götürərdi.

  220. Gülü bir gün, səni hər gün, gülü soluncaya qədər, səni ölüncəyə qədər sevəcəyəm.

  221. Onun dərdlərini paylaşıb. Onun üçün ağlayırsınızsa bu eşqdir, o olmadan onu düşünüb ağladığınız vaxt olubsa o da eşqdir.

  222. Mənə deyirsən ki mənsiz yaşa, yaşayarmı bu bədən ruhu olmasa?

  223. Yer üzündəki tək sevinc, həyatımdakı tək həsrət, dilimdəki tək dua, gözümdəki tək yaş, yuxularımda bir tək sən yalnız sən varsan! Mən səni sevirəm!

  224. Səni nə qədər sevdiyimi bilmək istəsən, yerə düşən yağışın hər damlasını tutmağa çalış. Tuta bilmədiyin damlalar mənim sevgimdir.

  225. Qəlbimi qırmaq suya yazı yazmaq qədər çətindir. Könlümü almaq günəşə toxunmaq qədər çətindir. Sən suya yazı yazmağı bacardın, indi günəşin batmasını gözlə.

  226. Günəş aydınlatmaq, quş uçmaq, külək əsmək üçün mən isə səni sevmək üçünəm. Mən səni sevirəm.

  227. Güllər içində keçsə də ömrüm. Sənin üstündən gül qoxulamaram. Gülüm səni qoxulamaqsa ölüm. Sən buna dəyərsən gülüm.

  228. Gözlərindən süzülən bir damla yaş olmaq istərdim. Gözlərindən doğub, yanaqlarından süzülüb, dodaqlarında ölmək üçün.

  229. Sən hər zaman harada oluramsa olum nə düşünərəmsə düşünüm hər an qəlbimdəsən. Səni nə qədər sevdiyimi kəlmələr ilə anlada bilmərəm. Amma bunu bil SƏNİ SEVİRƏM!

  230. Ürəyimdən ürəyinə yollar var, mənim üçün uzaqlardan bir təbəssüm yolla.

  231. Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim,,,,,,,,,,,

  232. Sənə şərab verəcəyəm, iç amma sərxoş olma. Sənə bir gül vərəcəm, qoxula amma soldurma. Sənə qəlbimi verəcəyəm, sev amma incitmə!

  233. Allah gücü kişiyə gözəlliyi qadına vermiş. Hər şeyi yenən güc gözəlliyə yenilmiş.

  234. Eşqimizin suya düşəcəyini bilsəydim, balıq olardım.

  235. Kaş ki, sənin kimi ola bilsəm, fəth edilməsi çətin, əldə edilməsi ölüm.

  236. Siqaramdakı duman idin, siqaranı buraxdım, qədəhimdəki içkim idin, içkini buraxdım, gecələri röyamda idin, yatmağı buraxdım. Baxdım, sənsiz yaşanmıram, yaşamağı buraxdım.

  237. Sevgini göstərəcəksən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi her şeydir qəlbə həbs edilməz, sevəcəksən mənim kimi amma buna ürəyin yetməz.

  238. İçimdən bir şer yazmaq gəldi. Yazıram, çünki sevirəm, sevirəm, çünki hiss edirəm, hiss edirəm, çünki yaşayıram, yaşayıram, çünki səninləyəm!

  239. Röyaların ən gözəlini görürkən, Tanrının səni qorumaq üçün göndərdiyi mələklərin qanadları o qədər böyük olsun ki, ən məsum anında belə kimsə sənə zərər verə bilməsin.

  240. Səni tapmaqdan çox axtarmaq istərəm, səni sevmədən öncə anlamaq istərəm, səni bir ömür boyu bitirmək deyil, səni yenidən başlamaq istərəm.




Hosted by uCoz