|
Ərazisi - 1050 km2
Əhalisinin sayi - 54430
Inzibati mərkəzi - CƏBRAYIL
Qəsəbələr / Kəndlər
Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Shahvələdli, Xubyarli, Imambagi,
Horovlu, Chaprand, Safarsha, Chərəkən, Papi, Əfəndilər, Balyand,
Qaracalli, Doshulu, Suleymanli, Dashkəsən, Qishlaq, Quycaq, Shəybəy,
Nuzgar, Shahvəlli, Niyazqullar, G.Veysəlli, Tinli, Qovshudlu, Haci
Isaqli. Qoshabulaq, Shukurbəyli, Shixaliagali, Mahmudlu stansiyasi,
Fuganli, Dəjəl, Əmirvarli, Saricalli, Məzrə, Yuxari Məzrə, Soltanli,
Yanarxaj, Alikeyxali, Mashanli, Hasanli, B.Mərcanli, A.Mərcanli,
Mehdili, Chaxirli, C.Mərcanli, Minbashili. Sədi, Agtəpə, Kavdar,
Mirək, Huseynallar. Hacili, Tulus, Dag Tumas, Qaraagac. Sofulu,
Chələbilər, Dag Mashanli. Qazanzəmi, Soyudlu, A.Maralyan, Y.Maralyan,
Karxulu, Cəfərabad, Isaqli, Qalaciq, Hovuslu, Sirik, Ashagi Sirik,
Shixlar, Mollahəsənli, Əsgərxanli, Xələfli, Qərər, Kurdlər, Nusus,
Tatar, Qumlaq, Məstalibəyli, St.Qumlaq, St. Xudafərin, St.Xələfli
Kichik Qafqaz daglarinin ətəklərində binə tutan bu gozəl, zumrud
meshəli, buz bulaqli bolgənin adamlari inanirlar ki, onlarin binələndiyi
yerin adi səkkizinci yuzillikdə yashamish Cəbrayil atanin ismindən
goturulub. Fəqət saysiz-hesabsiz abidələr, magaralar, qalalarin,
burclərin, məbəndlərin qaliqlari tarixin dash dili ilə pichildayir
ki, burada insanlar min illər boyu omur surmushlər. Havasi saf,
goy uzu təmiz, adamlari qədirbilən, etibarli Cəbrayil! Ashiq Qurbaninin,
Ashiq Pərinin, Mucrum Kərimin, Ashiq Humayin ilham aldigi torpaq...
Ashiq Qurbaninin bulaq kimi chaglayan sher dilinə baxin hələ:
Qurbani der: hech kəs yarin oyməsin,
Duymələ yaxanin charpaz duyməsin.
Dəstələ, zulflərin yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sənə.
Cəbrayilda chagdash illərdə də saysiz-hesabsiz sənətkarlar, ziyalilar
yetishmishdir. Orda bir korpu var: Xudafərin! Bu bir qeyrət korpusudur,
xalqimizin tarixi birliyini zaman-zaman yada salir.
Cografi movqeyi
Rayonun ərazisi Kichik Qafqaz daglarinin cənub-shərqində yerləshmishdir.
Rayon cənubdan Iran Islam Respublikasi ilə həmsərhəddir. Ərazisi
əsasən dagliqdir.
Iqtisadi xarakteristikasi
Ishgaldan əvvəl rayonun iqtisadiyyatinin əsasini heyvandarliq,
uzumchuluk və baramachiliq təshkil edirdi. Rayonda uzumun ilkin emali
uchun zavod, tikish, xalcha, cihazqayirma sexləri, umumiyyətlə 8
sənaye obyekti movcud idi |