English version


Dəniz yaxasında qoca bir şəhər! Canımız, gözümüzün nuru, güvəncimiz Bakı... Şəhərlərin ən istəklisi, əzizi... Bakı bir yaşayış məskəni olaraq tarixdən önçəki zamanların yadigarıdır. Bakının isə ən azı 2 min ildən çox yaşı var... Dəniz yaxasında qoca bir şəhər... Köpüklü dalğalar altında bu şəhərin nə qədər sirri gizlənir görəsən? Bakını görmək, bu qeyri-adi şəhərin gözəlliyinə heyrətlənməmək mümkünmü? Çox insanlar gördü Bakını. Bakı da çox insanları gördü.
Hamısı heyranlıqla söz açdı, hamı sevdi Bakını... Bakını sevməmək mümkünmü? Qara kölgəsi Xəzərin ayna sularında bitən Qız qalası xalqımızın ləyaqəti adına ucaldılmış abidədir, saflıq və təmizlik heykəlidir! Qız qalası! Namus qalası! Diş-diş qala divarları... Bu keçilməz sədd Bakıya xoş niyyətlə gələn hər kəsə yüz yerindən yol verib, qapı açIb..
Möhtəşəm qala qapıları qonaqa ehtiram və məhəbbət nişanəsidir. Fəqət bədxahlarIn önündə bu qalanın hər daşı bir ox olub, yaman gözlərə bıçaq kimi sancılıb. Küçələri yüz yaşlı bir nənənin mehriban üzü kimi qırış-qırış İçərişəhəri... Hər daşında, hər tinində, döngəsində tarixin acı və sirin xatirələri var. Bakı Sərqin şəhəridir! Məscidlərin qübbələrini, minarə uñalıqlarını günəş nuru yuyur, ay işığı aydınladır. Di gəl ki, Şərqin şəhəri Bakı dünyaya bənzəyir.
Şərq, Qərb, Şimal, Cənub - yer üzünün bütün cəhətləri və bu cəhətlərdə binə tutan şəhərlərin cizgiləri Bakıda qaynayıb qovuşur. Bakı dünyanın şəhəridir! Bakı həm tarixin şəhəridir. Amma onun damarlarIndan axan qan bu günün, gələcəyin eşqi ilə vurur. Azərbaycanın baş şəhəri, müstəqillik yoluna qədəm qoyan bir məmləkətin paytaxtı Bakı yer üzünün dörd bir güşəsinə səpələnmiş 34 milyonluq soydaşımızın ümid çırağıdır. Bakı övladlarının məhəbbətinə, qüruruna layiqdir!
. Zaman-zaman kücələrində isti, tozlu küləklər at çapan, havası neft qoxuyan, yaşıllığı kaşad olan Bakı bu gün yaşlı meydanlar, geniş və nurlu küçələr, parklar, bağlar şəhəridir. Azərbaycanın ən iri yaşayış, sənaye, ticarət, mədəniyyət, elm və təhsil mərkəzidir Bakı...



Hosted by uCoz