1. Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
6. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
7. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
8. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər “Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
9. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq.
10. Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
11. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
12. Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.
13. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
14. İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?
15. Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
16. İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
17. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??
18. Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.
19. Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni
20. İki rəfiqə bir-biri ilə dalaşır:
- Sən axmaqsan!
- Sən özünsən axmaq!
Bunu görən bir oğlan uşağı yaxınlaşır:
- Gözəllər, dalaşmayın siz ikiniz də düz deyirsiniz.
21. Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin
22. Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.
23. Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.
24. Həkim, “ənənəvi narkoz” nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına...
25. Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......
26. Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...
27. Avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.
28. Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: “İçki öldürür”.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: “Əskərlər ölməz.”
29. Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.
30. Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.
31. Almaniyada müharibə vaxtı üç nəfər silahlı adam yol ilə gedir. Yolda iki nəfər görürlər və qışqırılar:
-Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb? Şəhərdə cüt gəzmək olmaz.
İki nəfərdən biri:
-Bəs siz niyə cüt gəzirsiniz?
Üç nəfərdən biri:
-Biz üç nəfərik "3" cüt rəqəm deyil.
32. İkindi dünya müharibəsi illərində bir şotlandiyalı əlini amerika əsirlərinə uzadıb fransızdan soruşur:
- Siz öz dövlətiniz uğrunda döyüşürsünüz, mən də öz dövlətim uğrunda döyüşürəm. Bəs bunlar nə uğrunda döyüşürlər??
33. Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv edir.
34. ABŞ-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.
35. Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.
36. Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.
37. Bir tacir zinət əşyaları satır. Hər gün müəyyən saatda işini öz meymununa tapşırır və özü nahara gedir.
Bir oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun da bunu edir. Oğru gözlərini bağlayır deyir lyalya. Meymun bunu edəndə oğru malları oğurlayıb qaçır.
Bu hadisə bir neçə təkrar olunandan sonra. Tacir meymuna tapşırır ki, bir təkrar olunsa səni öldürəcəyəm.
Sabahı günü yenə oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun yenə bunun etdiklərini edir. Oğru gözlərini bağlayır deyir lyalya.
Elə bu an meymun yanından daş götürüb çırpır oğrunun başına və deyir:
- ala
38. Telefon zəng çalır. Kişi dəstəyi qaldırır və xəttin o biri tərəfindən səs gəlir:
- Alo! Sevgilim sənsən?
- Bəli mənən. Bəs kimdi danışan?
39. İki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi sevirik.
- Yaxşı qurtaranda zəng edərsən.
40. İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.
41. Müəllim-müəllimə deyir:
-Mənim sinfim savadsız uşaqlarda doludur. Teoremi izah edirəm başa düşmürlər. İkinci dəfə izah etdim, yenə də başa düşmürlər. Üçüncü dəfə izah etdim, mən başa düşdüm, amma onlar başa düşmədilər.
42. Sən haçan ikini düzəldəcəksən?
-Ata, mən neyləyim, jurnal müəllimlər otağındadır.
43. Sən niyə görə çantanı məktəbdə qoymusan?
-Bəyəm onu da gündəliklə birliktə tullamaq lazım idi?
44. Müəllim Əlidən soruşur:
- Böyüyəndə nə olmaq istəyirsən?
- Əlbəttə ki, memar. Özümə küncü olmayan ev tikəcəm.
- Niyə görə küncü olmayan?
- Bezdirib məni bu künclər!..
45. Abituriyent imtahandan gəlir. Valideynləri sevincək halda onun üzərinə atılırlar:
- Hə, necə keçdi?
- Heç, imtahan götüən dindarın biri idi. Mən hər dəfə cavab verəndə deyirdi: - Aman allah!!!
46. Əgər sən şalvarının sağ cibindən altı min, sol cibindən dörd min pul tapsan ....
-Deməli, mən başqasının şalvarını geymişəm.
47. Ana oğlundan soruşur:
-Nəsə mən sənin gündəliyini görmürəm.
-Gündəliyimi Həsən götürüb, valideynlərini qorxudmaq üçün.
48. Professor imtahan vaxtı tələbədən soruşur:
- Yer nə formadadı?
- Kürə formasında.
- Necə sübut etmək olar?
- Mən məcbur eləmirəm ki, olsun kub şəklində.
49. Uşaq evə gəlib valideynlərinə deyir:
-Bilmirəm nə ilə mənim müəllimimin xoşuna gəlmisiz o, sizi bir daha görmək istəyir.
50. Molla bazarda bir dəstə adama rast gəlir.Baxır ki, ortalığa yağ-bal qoyub, çox iştah ilə yeyirlər. Yaxınlaşıb deyir:
-Salaməleyküm, ay paxıl görməmişlər!...
Adamlardan biri deyir:
-Molla bu nə sözdür? Biz paxıl deyilik. Çox səxavətli, çox da gözü-könlü tox adamlarıq.
Molla tez yağ-balı öz qabağına çəkib,başlayır yeməyə ki:
-Görürsən, ay Allah, mən nə böyük səhv eləmişəm. Bunlar doğurdan da səxavətli adamlar imişlər. Keç mənim günahımdan.
51. Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalır. Handan hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.
Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
-Bəs indi oğrunun yanında kim var?
Molla deyir:
-Heç kim.
Hakim soruşur:
-Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
-Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.
Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.
52. Sən içirsən???
- Əgər bu sualdırsa onda yox, əgər bu təklifdirsə hə.
53. Əgər sizə uzun müddət zəng etmirlərsə.
Deməli dostlarınızın heç bir problemi yoxdur.
54. İki zənci, bir azərbaycanlı balıq tutmağa gedirlər. Bunların qabağına qızıl balıq çıxır. Qızıl balıq bunlara deyir ki, məni tutmayın sizin arzularınızı yerinə yetirim. Onlar razılaşırlar. Zəncinin biri deyir ki, məni ağ elə. Balıq eləyir. İkinci zənci deyir ki, mənim də dərim ağ olsun. Onu da ağardır. Növbə gəlir azərbaycanlıya. Balıq deyir ki, sən nə istəyirsən? Azərbaycanlı deyir: iksini də qaralt.
55. Ata ölüm ayağında ikən övladlarını çağırıb deyir:
- Süpürgəni açın.
Açdılar.
- Çöplərini sındırın.
Sındırdılar.
- İndi isə yenidən bağlayıb sındırmağa cəhd edin!
Sındırdılar.
- Lənət sizə, mən sizə ağıllı bir şey demək istəyirdim, amma ağlıma bir şey gəlmədi.
56. Beynəlxalq sərgi zamanı ispaniyalı bir kişi və isveçli bir qadın mehmanxanada qonçu otaqlarda yaşayırlar. Axşam ispan əlində bir şüşə şərabla isveçlinin qapısını döyür:
- Kimdi?
- Xuan Karlos Emanuel da Silva.
- Girin, amma bir-bir.
57. Deyirlər hindlərdə iki cür qəbirsanlıq olur:
Birində yaxşı adamları basdırırlar, o birində ölən adamları.
58. İki fransız rastlaşır:
- Jan, xəbəriniz var?
- Nədən?
- Sizin arvadınız məni kiminləsə dəyişmək istəyir!..
59. Bir balıqçı qızıl balıq tutur. Qızıl balıq deyir:
- Məni burax sənin 3 arzunu yerinə yetirəcəm.
- Mən səndən bircə şey istəyəcəm. Mənim bütün arzularımı yerinə yetir.
60. Nə hədiyyə etsəm yaxşı olar: bir dənə böyük, yoxsa çoxlu kiçik?
- Çoxlu kiçik
- Onda, mən sənə çoxlu semiçka hədiyyə edəcəm.
61. Müstəntiq arvadını boğan adamı məhkəmədə dindirir.
Qatil:
- Allah rəhmət eləsin.
62. Qapı döyülür. Cərrahın altı yaşlı qızı qapını açır.
- Salam, həkim evdədir?
- Yox, o əməliyyat etməyə gedib. Kiminsə appendisitini kəsmək lazım idi.
- Oooy, belə ağır sözlər danışma. Sən bilirsən appendisit kəsmək nə deməkdir???
- Əlbəttə ki, həmin gecə evə 1000 dollar gətirmək…
63. Daim ölməyən bir nəfər “Kamaz”ın altına atır özünü, sonra elektrik naqillərindən sallanır, sonra özünü binanın başından atır….bir sözlə əylənir.
64. Sizin qohumunuzu tok öldürüb!
- Bu necə baş verdi?
- Akkumlyator başına düşdü...
65. Yeni üzərində Amerika bayrağı olan xalça buraxılıb. Bir nəfər bunu alır və evdə öz evinə vurur:
- Amerikanı plintusun altına sal.
66. Bir nəfər televiziya kanalına məktub yazır:
“Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir”
67. Həmişə Metronun ağzında durub dilənən Həsənqulunun yerində başqasını görən Məmmədəli soruşur:
- Bura Həsənqulunun yeri idi, sən niyə oturmusan?
- İcarəyə götürmüşəm.
68. Əgər meşədə pianino görsəniz, deməli orda inteligent partizan yaşayır...
69. Elan:
Diqqət “Çoxlu pul qazanmağın 1000 sadə üsulu” kitabının çapı üçün sponsor axtarılır.
70. Cavan vəkil atasının yanına gəlir:
- Ataa, məni təbrik et. Sənin neçə il uda bilmədiyin məhkəməni uddum.
- Axmaq, mən ömrüm boyu həmin məhkəmini uduzmaqla dolanırdım.
71. Kupedə iki yəhudi gedir. Qoca fikirləşir: "Görəsən mənim qonşum hara gedir? Yəhudi ya Odessaya, ya da Jmerinkaya gedə bilər. O Odessaya gedə bilməz, çünki çox cavandır. Deməli, gedir Jmerinkaya. Jmerinkaya ya yasa, ya da ki, toya getmək olar. Bildiyimə görə Jmerinkada hələ heç kəs ölməyib. Deməli, o toya gedir. Onun hədiyyəsi yoxdur, deməli, o öz toyuna gedir. Jmerinkada ya Sofayla, ya da Sarayla evlənmək olar. Bildiyimə görə Sara artıq ərə gedib. Sofayla yalnız axmaq evlənə bilər!" Qoca gənc qonşusuna müraciət edir:
- Bağışlayın, siz Rabinoviçin oğlu deyilsiniz?
- Bəli, siz necə tapdınız?
- Mən tapmadım, mən hesabladım!
72. İki nəfər bayram məclisindən çıxıb evə gedir. Bunlar qərara gəlirlər ki, məzə üçün qəbirsanlıqdan keçsinlər. Belə də edirlər. Amma qəribə tıqqıltı səsi gəlir və qorxurlar. Birdən onlar çəkic və iskənə ilə işləyən qoca qarı görürlər. Ona yaxınlaşıb deyirlər:
- Siz burda nə edirsiz. Az qalsın qorxudan öləcəkdik. Gecə vaxtı burda iş görürsünüz?!!
Qarı qışqıraraq:
- Bu axmaqlar mənim adımı səhv yazıblar baş daşında. Onu düzəldirəm bayaqdan!
73. İki dost restoranda otururlar. Yeyib içməkdən sonra, ofisiantdan çay gətirməsini xahiş edir:
- Ofisiant, bizə çay gətirin. Amma sən allah bax gör stəkan təmiz olsun.
Bir neçə dəqiqədən sonra ofisiant çay gətirir:
- Buyurun bu sizin çayınız. Kim təmiz stəkanda çay istəmişdi, bu da onun çayı.
74. Bir kişi restorana gəlir, konyak sifariş edir. Ofisiant gətirir. Kişi deyir:
- İndi başlayacaq.
İkinci dəfə sifariş edir.
Ofisiant gətirir kişi deyir:
- İndi başlayacaq...
Üçüncünü sifariş edir. Ofisiant gətirir. Ofisiant soruşur:
- Sizin pulunuz var??
- Başladı....
75. Ofisian, mən 3 dənə yumurta istərdim.
- Kim istəməz ki?
76. Ofisiant müştəriyə yaxınlaşır:
- Siz içirsiniz?
- Yox mən sükan arxasındayam.
5 dəqiqədən sonra ofisiant əlində badə ilə araq həmin müştəriyə yaxınlaşır:
- Siz artıq içə bilərsiniz, sizin maşınınızı oğurladılar.
77. MDB dövlətlərinin gömrük işçilərində BMW almaq üçün nə qədər işləməli olduqları barədə soruşurlar:
Gürcü gömrükçüsü cavab verir:
- Beş-altı ay.
Ukraina:
- İki-üç ay.
Rus:
- İl yarım
- ???
- Bilisiniz, yaman böyük şirkətdir...
78. Nyuton elmi işlə məşğul olarkən dostları gəlirdilər və ona mane olurdular.
Nyuton qapının dalına yazır ki, “Nyuton evdə yoxdur”. Bunu görən dostları geri qayıdarmışlar.
Bir gün Nyuton özü evə gələndə bu yazını görüb geri qayıdır.
79. Eynşteyn Haim Veysmanla gəmidə gedirlərmiş. Bunlardan başqa gəmidə digər tanınmış adamlar da var idi. Veysman bu barədə yazır:
“Eynşteyn hər gün mənə öz qanunlarından danışırdı, mən ABŞ-a gələndə bildim ki, o bunların hamısını başa düşür.”
80. Hüseyn Arif bir dəstə cavanla yol gedirmiş. Birdən dayanıb təəccüblə soruşur:
- Ay uşaqlar, mən niyə axsayıram?
- Hüseyn müəllim, ayağınızın biri səkidə, o biri asfaltdadır. Aşağı düşsəniz axsamazsınız.
81. Hüsen Arif dostlarından biri ilə görüşür və hal-əhval tutur.
-Hə nə var, nə yox, atan necədir?
-Çox sağ ol, indi yaxşıdı. Yaman xəstələnmişdi. Qan təzyiqi , ürək bir-birinə qarışmışdı. Həkim güclə qurtardı.
Dostu gözləyir ki, Hüseyn ona ürək-dirək verəcək. Amma qəribə "təskinlik" eşidir.
- Mənim başım yaman qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər ver.
82. Hansı iki söz bizim institutda yayılmışdır?
-Mən bilmirəm ...
-Doğru deyirsən
83. Müəllim: Qulağ as, mən sənə üçüncü dəfədir ki, üç verirəm. Belə olmaz, niyə görə oxumursan? Oxumaqdan hələ heç kəs ölməyib.
Tələbə: Bilirəm, amma risk etmək istəmirəm.
84. Əgər dekan sözlərini geri götürməsə, mən bu universitetdən gedəcəyəm.
-O, sənə nə dedi ki?
-O, dedi ki: “Çıx ged institutdan”
85. Ac tələbələr mehmanxanada arzulayırlar:
-İndi burda ət olsaydı ...
-Bəlkə donuz saxlayaq?
-Nə danışırsan, çirk, iy, üfunət ...
-Eybi yox, öyrəşər.
86. İmtahan gedir. Müəllim izah edir:
-Beşlik sual. Gərginlik nə ilə ölçülür?
-Dördlük sual. Gərginlik nə ilə ölçülür: a)voltmetr b)ampermetr c)ommetr
-Üçlük sual. Gərginliyi voltmetrlə ölçürdülər?
87. Tələbə şikayətlənir:
-Professor mən iki almağa layiq deyiləm!
-Bilirəm, amma bağışla ikidən aşağı qiymətimiz yoxdur.
88. Müəllim yolla gedir. Görür ki, balaca uşaqlar araq içir, siqaret çəkir və kart oynayırlar. Müəllim deyir:
-Siz niyə görə məktəbə gedmirsiz?
-Harda görmüsən ki, beş yaşında uşaqlar məktəbə gedsinlər.
89. Valideynləri uşağa:
- Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.
90. Ata, yemək istəyirəm!
- Utan, mən sən yaşda olanda kosmonavt olmaq istəyirdim!
91. Ana, bəs düzdür ki, bütün insanlar meymundan əmələ gəlib.
-Hə, balam, düzdür.
-Mən də?
-Sən də.
-Sən də?
-Mən də.
-Bəs səndə şəklin qalıb?
92. Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
Məmmədqulu soruşur: Bunları axtarırsız?
Polis işçisi: Bəli
Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?
93. Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
- Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
- Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
Nəvəsi maraqla soruşur:
- Nə oldu bəs?
- Hamımızı öldürdülər...
94. Valideynləri uşağa:
- Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.
95. Oğul atasına yaxınlaşır:
- Ata alkaş nə deməkdi?
- Bax o dörd dənə ağacı görürsən? Alkaş elə bilir orda 8 ağac var.
- Ata, orda 2 ağac var.
96. Bir gün bir uşaq dəniz sahilində gəzirmiş birdən bir lampa görür və lampaya təpik vurur. Lampanın içindən bir cin çıxır və deyir:
- Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
- Üzr istəyirəm...
97. Bu sıyığı yeməsən cinləri çağıracam.
- Ana, sən fikirləşirsən ki, cinlər bu sıyığı yeyəcək?
98. Ana 6 yaşlı oğluna:
- Sən yenə yeni şalvarla xizəkdən yıxılmısan!
- Ana, mən çox tez yıxıldım, ona görə də şalvarımı çıxarmağa macal tapmadım.
99. Oğlum, sabah sənin 5 yaşın tamam olur. Gözəl bir tort bişirəcəyəm üztünə də 5 dənə şam qoyacağam
- Ana, yaxşı olar ki, 5 dənə tort bişirəsən üstünə də bir şam qoyasan
100. Bir uşaq bərbərxanaya gəlir:
- Mənim saqqalımı qırx.
Bərbər uşağın üzünü sulayır və oturub qəzet oxumağa başlayır.
- Sənə dedim axı saqqalımı qırx
- Üzünü sulamışam, gözləyirəm saqqalın çıxsın.
101. Balaca qız küçədə anası ilə gedir. Yolda buldoqa rast gəlirlər. Qız anasına:
-Ana, gör necə Məhəmməd əmiyə oxşayır.
-Sus. Utanmırsan belə danışmağınla?
-Ana, deyirsən indi it məni eşitdi?
102. Telefon zəng çalır. Dəstəyi Məmmədəli qaldırır. İncə qız səsi:
- Alo
- Bəli
- Vüqar evdədir?
- Evdə olmağına evdədir, amma hamamdadır.
- Hamamda nə edir, çimir?
Oğlunu soruşan qızın məntiqsiz sual verməsi Məmmədəlini hirsləndirir, ona görə deyir:
- Yox paltar yuyur.
103. İki nəfər göbələk yığmağa getdilər. Qayıdanda bundan soruşurlar:
- Nə oldu, necə getdiz?
- Yaxşı!...
- Çox göbələk yığdız?
- 3 dənə. İkisini mən birini də traktor sürücüsü?
- Nə traktor?
- Bizi göbələk yığarkən düşdüyümüz bataqlıqdan çıxaran traktor.
104. Ana oğlundan soruşur:
-Balam niyə görə yeməyini yeməyirsən? Dərsdən gələndə axı dedin canavar kimi acam.
-Ana, sən harda görmüsən ki, canavarlar tərəvəz yesinlər?
105. Gecə vaxtı oğul atanın çarpayısına yaxınlaşır:
- Ata, sən yatmısan?
- Hələ yox.
- Onda mənə bir şirvan ver
- Oğlum mən yatmışam
106. Görürsünüzmü, bu qız nə gözəl çəkir! Qızım, stəkanda çay şəkli çək.
- Sizə qəndlə, yoxsa mürəbbə ilə?
107. Ata, Daş dövrü nə deməkdir?
-Bilirsən oğlum, o vaxtlarda hər şey daşdan idi, ona görə də o, dövrü daş dövrü adlandırırlar.
-Aaaa. Televizor da daşdan idi?
108. Yeni rus onu saxlamış QAİ inspektorunun üzərinə qışqırır:
- Saatda yüz doxsan?! A kişi çaşmısan... Mən demək olar ki, sürünürdüm... Uzaq başı saatda iyirmi ilə, bəlkə ondan da az.
- Hə, bəlkə hələ bir deyəsən ki, bir yerdə durmuşdun?
- Nədi ki? Bəlkə elə deyil? Demək olar ki, durmuşdum.
- Yaxşı, deməli, durmuşdun. Onda “Burada dayanmaq qadağandır” işarəsini görürsən?
109. Səhər tezdən DYP işçisi bir nəfəri saxlayır.
Sürücü:
- Siz həkimsiniz?
- Yox, mən DYP rəisiyəm.
- Bəs nəyə görə hər səhər sizin işçiləriniz məndən özümü necə hiss etdiyimi soruşurlar?
110. Bir kişi içkidən sonra dəm-dəm evə qayıdır. Yolda qabağında bir naqil görür, lakin gözü yaxşı seçmir:
- Başa düşmədim. Bu nədir qırmızı rəngdə?
Götürür və tok bunu vurur. Titrəyərək qışqırır:
- Başa düşdümmmmm.
111. İki DYP işçisi dayanır. Yanlarından bir maşın böyük sürətlə keçir. Biri o birinə:
- Uydaaa, nə edək?
- Atəş aç!!!
- Part, Part
- Mənə yoox, maşının təkərlərinə!!!!
- Part, part
- Axmaq bizim maşına yooox!!!
112. Kişi evdən çıxıb və iki həftədən çoxdur ki, evə qayıtmır. Evdəkilərin hamısı narahat olurlar. Arvadı bütün günü ürək dərmanı içir. Birdən qapının zəngi çalınır. Arvad qapını açan kimi ərini gprür və sevincək atılır onun üstünə:
- Əzizim, hardaydın!
Ər:
- Mən gitara dalınca gəlmişəm.
113. İki fransız rastlaşır:
- Jan, xəbəriniz var?
- Nədən?
- Sizin arvadınız məni kiminləsə dəyişmək istəyir!..
114. Ər-arvad barda otururlar. Birdən bir cavan qız ərə yaxınlaşıb onu öpür və gedir. Çaşıb qalmış və əsəbiləşmiş arvad ərindən soruşur:
- Hə, bəs bu kimdir belə?
- Yaxşı da, - deyə ər cavab verir. – Onsuz da hələ bir SƏNİN kim olduğunu başa salmaq üçün min-bir əziyyət çəkməli olacam.
115. Bir nəfər dostlarına həyəcanlı-həyəcanlı başına gələn hadisəni danışır:
- Dünən qapını döydüm, qapını açanı xidmətçi qız bilib onu öpdüm. Sən demə arvadım imiş...
-Hə, nə olsun ki?
- Arvadımı öpərkən mənə belə dedi “Diqqətli ol sevgilim, ərim hər vaxt gələ bilər.”
116. Sizin adınız nədir?
- Cəhənnəm ol!..
- Salam, Cəhənnəmol.
117. Hüseyn Arif bir kəndə qonaq gedir. Ev sahibi dərhal ayağa durur. Kök bir toğlunu yıxıb bıçağı bıçağı boğazına çəkmək istəyir.
Hüseyn qışqırır:
- Kəsmə. O qədər əti kim yeyəcək, hayıf eləmə. Bircə budu bəsdi.
118. Dünən səni pivəxanadan çıxanda gördüm!!!
- Neyniyəcəksən mənə, orda qalası deyiləm ki, çıxmalıydım daa.
119. Proqramçı dənizdə batır:
-F1! F1! F1!
120. Bir nəfər qəbrsanlıqda qəbrlərdən birinin yanında hönkür-hönkür ağlayırmış:
- Sən hələ ölməməliydin. Sənin ömrün hələ qalmışdı. Öldün, hamımızın fəlakəti oldu ölməyinlə....
Bunu görə qəbirsanlıqda bir nəfər gəlir:
- Nə oldu, qardaşındı, atandı, allah rəhmət eləsin...
- Yox, arvadımın birinci əri.
121. Mərkəzi küçələrin birində polis vətəndaşa yaxınlaşır:
- İtinizin ipini bağlayın.
Vətəndaş vecinə almır.
Polis:
- Sizə dedim, itinizin ipini bağlayın yoxsa cərimə ödəməli olacaqsınız!!!
Vətəndaş yenə polisin sözünü vecinə almır.
Polis:
- Deməli belə??? Onda cərimə ödəyin.
Vətəndaş:
- Niyə? Bu ki mənim itim deyil...
- Bəs niyə sizin dalınızca qaçır?
- Siz də mənim dalımca qaçırsınız. Siz ki, mənim itim deyilsiniz.
122. Siz paraşütçüsüz? Bilirsiz mən heç vaxt paraşütlə tullanmamışam.
-Amma mən heç vaxt paraşütsüz tullanmaram.
123. Bir futbol azadkeşi oyun boyu qışqırırdı. Sonda qonşusuna xırıldaya-xırıldaya deyir:
-Deyəsən səsim batıb.
-Yaxşısı budur qulağımda axtarasan – deyə qonşusu cavab verir.
124. Dünya çempionatının növbəti oyunu...
Rusiya və Braziliya....
Hesab 9:0 Braziliya yığmasının xeyrinədir.
Amma Rusiyalı azarkeşlərin keflərini pozmurlar. Çünki hələ oyunu 3-cü dəqiqəsi gedir.
125. Bir dövrün bütün klass futbolçuları cənətdə görüşmüş. Cənnətin baş mələyi də futbol həvəskarı imiş . Şeytanı cağırıb:
- Cənnətlə cəhənnəm arasında bir futbol çempionatı quraq.
- Boş əziyyət çəkmə biz udarıq.
- Ola bilməz elə şey bütün klas futbolçular cənnətdədir.
- Amma bütün hakimlər cəhənnəmdədir.
126. Məşqçi uduzmuş bokçuya urək-dirək verir:
-Amma sən üçüncü raundda onu yaman qorxuzdun.
-Necə?
-O, elə bildi ki, səni öldürüb.
127. Sən neylədin? Qolu öz qapına vurdun!
-Neyləyim, özümü saxlaya bilmədim. Zərbə üçün belə gözəl imkanı buraxa bilməzdim.
128. Boksçu sekundantından soruşur:
-Necə düşünürsən, mən ona qalib gələ bilərəm?
-Əlbəttə. Əgər belə əl-qolunu yellətsən, o, soyuqlayıb, ağ ciyərin iltihabı xəstəliyinə tutulacaq.
129. Bu nədi, nə vaxt görürəm səndə ScanDisk işləyir. Nəsə xarab olub?
- Yox, bu Vindivsun Pover düyməsindən keçirərdən sonra normal reaksiyasıdır.
- Məgər sən bilmirsən, normal qaydada nə cür söndürmək lazımdır?
- Bilirəm eey. Amma vindovs bilmir.
130. "Heç kimə 640Kb yaddaş lazım deyil" - Bill Qeyts 1981-ci il.
"Vindovs 95 üçün ən azı 8MB yaddaş tələb olunur" - Bill Qeyts 1996-cı il
"Heç kimə Vindovs 95 lazım deyil" - məntiqi fikir.
131. Proqramçı səhər yeməyi yeyir...
Anası:
- Oğlum mən gedirəm mağazaya. Sənə nə alım??
- Ana mənə yoqrut al.
- Neçə meqabayt oğlum?
132. Maşında hansı ƏS olduğunu necə müəyyənləşdirmək olar?
- Əgər klaviatura pis gündədirsə deməli DOS-dur
- Əgər monitor pis gündədirsə deməli Unixdir
- Əgər Reset düyməsi pis günə düşübsə deməli Windowsdur.
133. Sizin bədəninizdə kritik xəta baş verdi. Zəhmət olmazsa, həyatınızda gedən bütün prosesləri saxlayın, ölün və yenidən doğulun.
Microsoft Korporasiyası
134. Colgate Navigator diş fırçasının cavabında Blendamed Explorer diş fırçası buraxıldı.
135. Bir gün sorğu keçirirlər...
Bir neçə nəfərdən soruşurlar:
- Siz arvadınızla nə vaxt bir yerdə olursunuz??
Hüquqşünas:
- İşdən evə qayıdanda.
Həkim:
- Növbətçi olmadığım günlər, evdə olanda.
Memar:
- İlin isti fəsillərində bizim işimiz çox olur, ona görə əsasən soyuq vaxtlarda.
Proqramçı:
- Yalnız, əməliyyat sistemi yüklənənə qədər vaxtımı boş keçirməyim deyə, bu vaxtı arvadımla keçirirəm.
136. Proqramçı qızla tanış olur:
- Qəşəng qız adınız nədir?
- Gülbadam
- Bəs genişlənməniz???
137. CD-ROM qutusunun üzərindəki təlimat yazısından “Sizin CD-ROM-un drayverləri əlavə edilən kompakt diskdədirlər”
138. Sizdə hansı benzin var?
- Doxsan beşinci.
- Bəs doxsan səkkizinci və ya millennium yoxdur?
139. ABŞ prezidenti yeni layihə icra edir. Layihə "Fillər" adlı multimedya diskindən ibarət olmalıdır. O, bir çox tanınmış kompüter firmalarını dəvət edir. Onlar özlərinə məxsus deviz fikirləşirlər:
Apple: "İstifadəçilərin dostu Fil və Siçan"
İBM: "Qaçan At almaq istəyən adama Fili necə sataq"
Novell: "Fillərin birləşdirilməsi"
Borland: "Bütün Fillər 99$ olmalıdır"
Microsoft: "Nəyə Microsoft Windows almalısınız"
140. Xakerə ad günündə silah bağışlayırlar:
- Bu mənim nəyimə lazımdır? - deyə, xaker təəccüblənir.
- Axı sən özün demədim mənə "Vinçester" lazımdır???
141. Proqramçı qızla tanış olur:
- Qəşəng qız adınız nədir?
- Gülbadam
- Bəs genişlənməniz???
142. Bir nəfər internetdə işləyir. Tanımadığı saytlara daxil olur. Birdən BMV-nin saytına girir və onu orda maşın vurur.
143. Bir nəfər internet klubdan qayıdır. Sir-sifəti bandaş, dodaqları partlamış halda, bütün qan- tər içində olur. Arvadı soruşur:
- Sənə nə olub belə?
- Məni hack eliyiblər!!!
144. Xaker telefona yaxınlaşır:
Zəng edən: Alo!!!
Xaker: İstifadəçi adı və parol yoxlanılır.
Zəng edən: Alooo! Bu nədi? Nə baş verib?
Xaker: Kömək üçün F1 düyməsini basın.
Zəng edən: Nə F1!!! Məndə diskli telefondu!
Xaker: Onda disk No2-ni taxın və enter düyməsini basın.
Zəng edən: Nə disk! Nə F1! Qulaməli evdə?
Xaker: İstifadəçi adı və ya parol səhvdir.
145. Üç nəfər kompüterin arxasında oturub poçtu oxuyur. Ekranda uzun məktub var. İkisi oxudu biri isə qalıb.
-Əgər belə oxusan məktubun axırından xəbərin olmayacaq.
-Mən axı ekranın qarşısında hamıdan arxada otururam.
146. İnetçinin qızı atasına deyir:
-Ata, havaya bax.
-İndi, - cavab verərək brauzerə “http://weather.yahoo.com” yazır.
147. Proqramçılar iki dəfə səhv edirlər: ilk dəfə anadan olanda, ikinci dəfə isə sənət seçəndə.
148. 14400 sürətli internet mənim səbrli olmağıma səbəb oldu.
149. Pivə zavodunun direktoruna proqramçılar tərəfindən məktub gəlir:
- Sizdən xahiş edirik ki, bizim şirkəti sürəti 0.5 l/s sürətli xəttə qoşasınız.
150. Proqramçının oğluna ad qoyurlar. Proqramçı deyir:
- Uşağın adı 8 simvoldan çox olmamalıdır.
151. Taliban xakerləri çox parazitdirlər.
Kompüterləri və e-poçtları olmadan onlar virusları zərfə qoyub poçtla göndərirlər.
152. 1 yanvar 2000-ci il- üçüncü minilliyin beta versiyası.
1 yanvar 2001-ci il- üçüncü minillik.
153. Proqramçı NUO (Naməlum Uçan Obyekt) görür:
-Kiminsə diski uçdu...
154. İnetçi küçədə iki qadının maraqla söhbət etdiyini görür. Özü də yüksək səslə və tez-tez.
“Traffikə bax eee”, deyə fikirləşir.
155. İstifadəçi provayderə zəng edir və deyir:
-Mən internetə girə bilmirəm!
-Problem nədədir ki?
-Problem ondadır ki, mənim kompüterim yoxdur.
156. Xaker - o, yüksək səviyyəli lamer deyil, o, az maaş alan proqramçıdır.
157. Bir soyğunçu internet kafeyə daxil olur:
- Tez elə 10 saat internet
158. Sərnişin təyyarəsinin göyərtəsi. Hündürlük 6000 m. Göyərtə kompüterinin displeyində yazı əmələ gəlir:
Mühərriklər 6h000y03 modulundakı naməlum səhvə görə dayandırılıb. Bir daha uçmağa çalışın. Səhv təkrarlanarsa istehsalçıya müraciət edin.
159. Windowsun quraşdırılmasının başlanğıcının qurtarmasının davamının başa çatmasının üçüncü mərhələsi gedir.
160. Yeni kompüter texnologiyaları üzrə konfrans.
Bill Geyts çıxış edir:
- Biz sizə əməliyyat sisteminin ən yeni versiyasını təqdim etməyə şadıq.
Hələlik, o yalnız bir ekzemplyarda və yalnız bu kompüterdə mövcuddur. Onun xüsusi imkanları odur ki, komandaları insan səsini başa düşərək yerinə yetirir.
Camaatın içindən səs gəlir:
- Format C. Enter.
161. Bir kişi kompüter salonuna gəlir:
-Mən dünən sizdən kompüter almışdım...
-Nə olub, problem var?
-Bəli. Kompüter yanıb.
-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb?
-Hamsı!
-Yox elə olmur. Prosessor yanıb?
-Yanıb.
-Bəs sabit yaddaş?
-Yanıb.
-Bəs ekran?
-Yanıb.
-Aman Allah! Siz onunla nə etmisiz?
-Dünən evimdə yanğın olmuşdu ...
162. Oğul atasının yanına gəlir:
-Ata, “HDD Format completed” nə deməkdir?
-Bu o deməkdir ki, sən indi döyüləcəksən.
163. Ədəbiyyat dərsində müəllim sual verir:
- Kim başqa dillərin təməli olan, lakin həmin dildə danışmadığımız dillərdən birinə misal göstərə bilər?
Məmməd:
- HTML
164. Windows!
Bunu tanımayanlar dincəlirlər.
165. İki qız söhbət edir:
-Hə. Sənin yeni tanış olduğun oğlan necədir?
-Düzünü desəm arıq, hündürboy, gözəl bir oğlandır, amma heç proqramçıya oxşamır.
166. Uşaq proqramçı atasının yanına gəlir:
-Ata, niyə görə günəş həmişə şərqdən çıxıb qərbdə batır?
-Yoxlamısan?
-Hə, ata, yoxlamışam.
-Yaxşı yoxlamısan?
-Hə.
-İşləyir?
-İşləyir.
-Sən mənim canım ona daha deymə, dəyişiklik etmə. Əgər işləyirsə elə qalsın.
167. Təyyarədə proqramçı və mühəndis uçurlar. Mühəndis yatmağa hazırlaşır. Proqramçı ona təkliflə yaxınlaşır.
(P): - Gəl tapmaca oynayaq. Tapsan - mən sənə 5 dollar, yox - sən mənə 5 dollar və tərsinə.
(M): - Mən yatmaq istəyirəm, əl çək...
(P): - Gəl oynayaq! Asan oyundur!
(M): - Oynamaq istəmirəm. Mən yatmaq istəyirəm...
(P): - Yaxşı. Gəl belə. Mən tapıram - sən mənə 5 dollar, sən tapırsan - mən sənə 50 dollar. Gedər?
(M): - Yaxşı, gəl.
(P): - Bu günə kimi dünyada nə qədər ICQ abonenti var?
Mühəndis sakitcə 5 dolları çıxarıb proqramçıya verir.
(M): - İndi sən soruş!
Mühəndis bir-neçə dəqiqə fikirləşir və deyir:
- Yaxşı, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Proqramçı noutbuku açır, şəbəkəyə qoşur, dünyada bütün axtarış sistemlərində axtarır, çatlara girir, dostlarından soruşur, bütün dünyanın kitabxanalarını və arxivlərini gəzir, heçnə tapmır. Cibindən 50 "göy" çıxardır, mühəndisə verir. Mühəndir pulu götürür, qoyur cibinə və yuxuya hazırlaşır.
(P): - Hey, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Mühəndis sakitcə cibindən 5 dollar çıxardır, proqramçıya verir və yatır.
168. Heyvanxanada uşaq barmağı ilə primatlar olan qəfəsə tərəf göstərir və qışqırır:
- Ana ! Ana ! Bax - proqramçılar!
- Sən nəyə görə belə fikirləşirsən?
- Onlar atam kimidirlər ! - çirkli, tüklü və yanlarında "mazol" var !!
169. İgid yolnan gedir. Görür ki, əjdaha oturub. Gedir onun yanına və başını kəsir. Əjdahanın iki təzə başı çıxır. İgid ikisini də kəsir, yerinə dördü çıxır. Dördünü kəsir, səkkizi çıxır və s. Və nəhayət o 65535 baş kəsdikdən sonra əjdaha ölür. Çünki o 16 bitlik əjdaha idi.
170. Xakerin yanına lamer gəlir, ona işləməyən proqramının kodunu göstərir və soruşur:
- Məndə səhv hardadır?
- DNT-də!!!
171. Stüardessa sərnişinlərin yanına çıxır və deyir:
- Hörmətli sərnişinlər, təyyarəmizin göyərtəsində Windows 2000-lə işləyən ən təhlükəsiz idarəetmə sistemi durur...
Salonda panika yaranır.
Sərnişinlər tələsik təyyarəni tərk edirlər. Axırıncı Bill Geyts çıxır.
- Bəs siz niyə tələsmirsiz?
- Niyə tələsim ki? Biz onsuzda havaya qalxmayacayıq.
172. Ata, ày ata - mənə təzə vinçester al, köhnə artıq pis işləyir...
- Bəs sehrli söz?!
- İşə bir bax, bura da parol qoyublar.
173. Proqramçı yolnan gedir və iki gəşəng qız görüb onlara yaxınlaşır və deyir:
- Qızlar, pivə istəyirsiz?
- Yox
- Bəs şampan?
- Yox
- Bəs konyak?
- Yox
"Qəribədir"- proqramçı özü-özünə fikirləşir, standart drayverlər yaramadı.
174. Ana mağazaya getməyə hazırlaşır.
- Oğlum sənə nə alım?
- Mənə bir az konfet al.
- Neçə meqabayt oğlum?
175. Qoca haker nəvəsinə nağıl danışır:
- ... o, qızıl balıqla klik elədi...
- Baba, bəs niyə görə balıqla?
- O vaxtı siçan yox idi...
176. Yeni virus növü çıxıb. O, sizin kompüterinizdə Windows 95 –i qurur.
177. Qızla oğlan(proqramçı) gecə vaxtı, ağacın altında öz sirləri barədə söhbət edirlər.
Qız soruşur:
- Sirrini dəyə bilərsən əzizim?
Oğlan:
- Əlbəttə ki, buyur
include("db.php");
echo "$dbpassword";
178. Biri kompüterinə yeni proqram install edərkən belə bir pəncərə çıxır.
"Bu proqram sizin hard diskinizi formatlaşdıracaq. Formatlaşdırmaq üçün Accept,çıxmaq üçün cancel düyməsini basın". O isə bu mətni oxumadan Accept düyməsini basır.